...

"PAŞA Həyat"ın sığorta ödənişlərinin həcmi 8 dəfə artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Fevral 2016 19:22 (UTC +04:00)
“PAŞA Həyat” şirkəti bu ilin yanvar ayının nəticələrini açıqlayıb.
"PAŞA Həyat"ın sığorta ödənişlərinin həcmi 8 dəfə artıb

Bakı. Trend:

Azərbaycanın həyat sığortası bazarının lideri "PAŞA Həyat Sığorta" şirkəti cari ilin yanvar ayı üzrə yığılan sığorta haqları və həyata keçirdiyi sığorta ödənişlərinin həcmini açıqlayıb.

Şirkətin İctimaiyyətlə əlaqələr xidmətindən Trend-ə verilən məlumata görə, yanvar ayı ərzində şirkətin topladığı sığorta haqlarının həcmi 7,111 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 94,3% və ya 3,660 mln. manat çox olub.

Bununla yanaşı, hesabat dövründə ümumi sığorta ödənişlərinin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 7,9 dəfə və ya 1,529 mln. manat artaraq 1,751 mln. manat təşkil edib.

"PAŞA Həyat Sığorta" ASC 2011-ci ilin fevral ayının 14-dən fəaliyyət göstərir. Hazırda şirkət müştərilərə istehsalatda bədbəxt hadisələrdən icbari sığorta, həyatın müddətli sığortası, yığım tərkibli yaşam sığortası, sağalmaz xəstəliklərdən sığorta və digər könüllü həyat sığortası məhsulları təklif edir. Cari ilin yanvar ayının 1-nə şirkətin nizamnamə kapitalının həcmi 40,250 mln. manat təşkil edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti