...

“Coca-Cola” qlobal iqlim dəyişikliyi ilə mübarizədə Paris konfransının razılaşmalarını dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Fevral 2016 11:24 (UTC +04:00)
“Coca-Cola” şirkəti Parisdə keçirilən və qlobal iqlim dəyişikliyinə həsr olunmuş BMT-nin Çərçivə Konvensiyası konfransının gedişatını diqqətlə izləyib.
“Coca-Cola” qlobal iqlim dəyişikliyi ilə mübarizədə Paris konfransının razılaşmalarını dəstəkləyir

Bakı. Trend:

"Coca-Cola" şirkəti Parisdə keçirilən və qlobal iqlim dəyişikliyinə həsr olunmuş BMT-nin Çərçivə Konvensiyası konfransının gedişatını diqqətlə izləyib. "Coca-Cola" hesab edir ki, dünya iqtisadiyyatı dönüş nöqtəsindədir və Paris konfransı bu prosesi xeyli sürətləndirə bilər.

Şirkətdən Trend-ə verilən məlumata görə, biznes şirkətləri ətraf mühitə görsətdiyi təsiri artıq dərk edərək onun azaldılması və qarşısının alınması sahələrində əhəmiyyətli inkişafa nail olub.

"Coca-Cola" şirkəti 170 ölkədən ümumi hesabla 2 milyon əməkdaşı olan və təqribən 170 mlrd. ABŞ dolları həcmində gəlirə malik 23 nəhəng şirkətin daxil olduğu "The Prince of Wales's Corporate Leaders Group"un üzvüdür. Ötən bir neçə il ərzində qrupa üzv olan şirkətlər, o cümlədən "Coca-Cola" öz biznes-modellərini adaptasiya edib və az karbonlu texnologiyalara investisiyaları artırıblar.

"Coca-Cola" hesab edir ki, yalnız milli və qlobal səviyyədə şəffaflıq və etibarlılığın təmin olunması nəticəsində yeni az karbonlu və ətraf mühitə davamlı iqtisadiyyatın qurulması trilyonlarla özəl investisiyaların cəlb olunmasına gətirib çıxaracaq. Bunun üçün beynəlxalq qanunvericilik əsasında milli ekoloji siyasətin həyata keçirilməsi vacibdir.

İqlimə həsr olunmuş Paris sazişi hansı fikirləri əks etdirməlidir?

Paris konfransı ölkələrə iqlimin yaxşılışdırılmasına yönəlmiş fəaliyyətin başlamasına və mütəmadi olaraq artırılmasına, həmçinin milli səviyyədə əməliyyatların effektiv şəkildə icrasına təkan verməlidir. CLG üzvləri hesab edir ki, saziş aşağıda qeyd olunan üç maddəni özündə əks etdirməlidir:

tullantıların rekord səviyyədə azaldılması və əsrin sonunadək tullantıların sıfıra çatdırılmasını nəzərdə tutan uzunmüddətli qlobal hədəflərin qəbul edilməsi;
Hər 5 ildən bir ətraf mühit hədəflərinin yenilənməsinə dair razılığa gəlmək ;
ölkələr tərəfindən götürülmüş öhdəliklərin təmin edilməsi üçün tam şəffaflığın və hesabat mexanizminin yaradılması.

Biznes-cəmiyyət hansı rolu oynamalıdır?

İqlim dəyişikliyi biznes üçün əsas maddi risklərdən biri olmaqla yanaşı cəmiyyət qarşısında yaranmış ən böyük problemlərdəndir. Buna əsaslanaraq "Coca-Cola" şirkəti Paris iqlim öhdəliklərinin yerinə yetirilməsi üçün bir sıra sazişlər imzalayıb. Bununla yanaşı, şirkət RE100 təşəbbüsünə qoşulub və bir zaman sonra elektrik enerjisini yalnız bərpa olunan mənbələrdən almaq niyyətindədir. Şirkətin 2020-ci ilədək əsas iş əməliyyatlarında karbon izini yarıyadək azaltmaq planları beynəlxalq strukturlar tərəfindən elmi tələblərə uyğunluğu təsdiqlənib. Dünyada yalnız on şirkətdən biri analoji siyasəti qəbul edə bilib.

Azərbaycanda iqlim dəyişiklikləri ilə mübarizə çərçivəsində "Coca-Cola" şirkəti ADA Universiteti ilə birgə "Ağac əkək, təbiətə töhfə verək" adlı uzunmüddətli layihənin icrasına başlayıb. Layihə çərçivəsində 2020-ci ilədək 100 mindən çox ağacın əkilməsi nəzərdə tutulur. Layihənin məqsədi Abşeron yarımadasının müəyyən edilmiş ərazilərində su ehtiyatlarının qənaətlə istifadəsini nəzərdə tutan damcı suvarma sistemini istifadə edərək yaşıllıq zolaqlarının artırılmasıdır. Qeyd olunan layihə çərçivəsində təkcə 2015-ci ildə Bakı şəhərində və ölkənin digər regionlarında 22,5 min ağac əkilib. Qeyd etmək lazımdır ki, "Coca-Cola" və Azərbaycan Velosiped İdmanı Federasiyasının BMX Veloparkının ətrafında ağac əkərək genişmiqyaslı aksiya həyata keçirib. "Son üç ildə BMX Veloparkının ətrafında 30 mindən çox ağac və bəzək kolu əkilib. Son bir neçə ay ərzində isə "Coca-Cola" şirkəti və ADA Universiteti tərəfindən bu velopark ərazisində əlavə olaraq 15 min ağac əkilib, və biz ümid edirik ki, oxşar tədbirlər gələcəkdə də təşkil olunacaq. Qeyd edək ki, bu gün Azərbaycanda ağacəkmə prosesi geniş vüsət alıb", - deyə BMX Veloparkının yaşıllaşdırılması ekoloji aksiyası çərçivəsində Azərbaycan Velosiped İdmanı Federasiyasının vitse-prezidenti Sahib Ələkbərov bildirib.

Bununla yanaşı, "Azerbaijan Coca-Cola Bottlers" şirkəti Azərbaycanda fəaliyyət göstərən zavodda 2016-cı ilin fevral ayından etibarən xüsusi su təmizləmə qurğularının quraşdırılması üçün 2 milyon ABŞ dolları məbləğində investisiya yatırmağı planlaşdırır. Sözügedən qurğu istehsal prosesində istifadə olunan suyu təmizləyərək ətraf mühit üçün tam təhlükəsiz hala gətirməyə imkan verəcək. Bu investisiya şirkətin keyfiyyət və təhlükəsizlik standartlarına verdiyi yüksək əhəmiyyəti bir daha nümayiş etdirir.

"Coca-Cola" hesab edir ki, biznes təşkilatları daha böyük həcmli investisiyalar yatırmaq üçün daha effektiv şəkildə əməkdaşlıq etməyi öyrənməlidir. Bu məqsədlə "Coca-Cola" şirkəti və "Corporate Leaders Group" biznes-liderlər, akademiklər və alimlərin iştirakı ilə az karbonlu iqtisadiyyata keçid zamanı hökumət, biznes və vətəndaş cəmiyyətinin rolunu müzakirə etmək üçün dəyirmi masa təşkil edib. Müzakirənin effektivliyini təmin etmək məqsədilə BMT-nin Qlobal Saziş iştirakçıları, Avropa Parlamentinin üzvləri və digər sahələrdə fəaliyyət göstərən tərəfdaşlar da sözügedən görüşdə iştirak edib.

"Coca-Cola" anlayır ki, Paris Konfransı çərçivəsində imzalanan saziş iqlim dəyişikliyinin qarşısını almaq üçün qlobal fəaliyyət yanaşmalarından biri olacaq. Daha yaxşı nəticə əldə etmək üçün milli, lokal və regional hökumətlər və bizneslərin birgə və individual fəaliyyətinə ehtiyac var. Şirkət hesab edir ki, ümid və ağlın səsi Paris və gələcək görüşlərin əsasını təşkil etməlidir. Ətraf mühitə ziyanın sürətlə azaldılması haqda saziş dünya iqtisadiyyatının dirçəlişini təmin edə biləcək bir ümiddir və bu cür keçid biznes üçün ən yaxşı nəticələr nümayiş etdirəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti