Bakı. Trend:
"Amrahbank" ASC cari ilin yanvar ayında uğurlu inkişafını davam etdirib.
Bankdan Trend-ə verilən məlumata görə, fevralın 1-nə aktivlərin həcmi ötən ilin analoji dövrü ilə müqayisədə 67% artaraq 281 mln. manat təşkil edib.
Bundan başqa, bankın depozit portfelində də artım müşahidə olunur. Belə ki, yanvarda bankın depozit portfeli 140 mln. manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 94% artım deməkdir.
Hesabat dövründə bankın məcmu kapitalı artaraq 57,8 mln. manata çatıb.
2016-ci ilin yanvar ayı ərzində bank 694 min manat mənfəət əldə edib.
Azərbaycan Mərkəzi Bankının 1993-cü il 28 dekabr tarixli 171 saylı lisenziyası ilə fəaliyyətə başlamış "Amrahbank" ölkəmizin aparıcı və ən sürətlə inkişaf edən banklarından biridir.
2008-ci ildə bankın səhmlərinin strateji investor olan Bəhreyndə yerləşən Beynəlxalq İnvestisiya Bankına 49% pay ilə satılması "Amrahbank"ın tarixində mühüm bir mərhələ kimi qeyd olunur. Dünya miqyasında nüfuzlu bir təşkilat sayılan Beynəlxalq İnvestisiya Bankı "Amrahbank"da korporativ idarəetmənin təkmilləşdirilməsində, bankın fəaliyyətinin müxtəlif istiqamətlərində böyük rol oynamış, o cümlədən risklərin idarə olunması və s. sahələr üzrə əməkdaşlarımızla bilik və təcrübəsini bölüşmüşdür. Bu strateji əməkdaşlıq "Amrahbank"a müxtəlif aparıcı maliyyə təşkilatları ilə sıx münasibətlər yaratmağa geniş imkanlar açıb.
Ətraflı məlumat üçün "Amrahbank"ın 987 saylı Məlumat Mərkəzinə, www.amrahbank.com/az internet saytına və ya www.facebook.com/Amrahbank.ASC rəsmi "Feysbuk" səhifəsinə müraciət edə bilərsiniz.