...

"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2016 19:42 (UTC +04:00)
Azərbaycan Tibb Universitetində “İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir” mövzusunda seminar keçirilib.
"İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir"

Bakı. Trend:

İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçıların maarifləndirilməsi istiqamətində tədbirlərini davam etdirir.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Dövlət Xidmətinin təşkilatçılığı ilə "İstehlakçı hüquqlarının müdafiəsi prioritet vəzifəmizdir" mövzusunda növbəti belə tədbir fevralın 23-də Azərbaycan Tibb Universitetində keçirilib.

Tədbirdə təhsil müəssisəsinin müəllim və tələbələri iştirak edib. Seminar iştirakçılarına istehlakçıların hüquqlarının qorunması sahəsində qanunvericilik barədə məlumat verilib, istehlakçı hüquqlarının təmin olunmasında dövlət orqanları ilə istehlakçılar arasında əlaqələrin genişləndirilməsinin əhəmiyyəti diqqətə çatdırılıb.

Tədbir çərçivəsində iştirakçıların istehlakçı hüquqları ilə bağlı sualları cavablandırılıb, onlara istehlakçı hüquqlarına dair müxtəlif maarifləndirici materiallar paylanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti