...

Mərkəzi Bank: Azərbaycanda kommersiya ipotekası üzrə faiz dərəcəsinə yenidən baxılacaq (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Fevral 2016 12:10 (UTC +04:00)
Azərbaycan hökuməti Azərbaycan İpoteka Fondu xətti ilə verilən kommersiya ipoteka kreditləri üzrə faiz dərəcələrinə dəyişiklikləri müzakirə edir.
Mərkəzi Bank: Azərbaycanda kommersiya ipotekası üzrə faiz dərəcəsinə yenidən baxılacaq  (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli. Ənvər Məmmədov - Trend:

Azərbaycan hökuməti Azərbaycan İpoteka Fondu xətti ilə verilən kommersiya ipoteka kreditləri üzrə faiz dərəcələrinə dəyişiklikləri müzakirə edir. Trend-in məlumatına görə, bunu jurnalistlərə Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov deyib.

Onun sözlərinə görə, restrukturizasiyadan sonra bu səlahiyyətlər Azərbaycan İpoteka Fonduna keçib. O xatırladıb ki, ipoteka kreditinin həcmini artırmaq planlaşdırılır: "Sosial ipotekaya gəlincə, bu üzrə faiz dərəcəsi dəyişməz olaraq qalacaq".

E.Rüstəmov əlavə edib ki, Azərbaycan İpoteka Fondu ipotekanın maliyyələşdirilməsi üçün hökumətdən vəsait gözləməməlidir: "Fond onları bazardan, eləcə də qiymətli kağızların yerləşdirilməsi vasitəsilə cəlb etməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti