Bakı. Azad Həsənli - Trend:
"Lisenziyalar və icazələr haqqında" qanun bu gün Milli Məclisin plenar iclasının gündəliyindən çıxarılıb.
Trend-in məlumatına görə, qanun Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadənin təşəbbüsü ilə gündəlikdən çıxarılıb.
Deputat bunu onunla izah edib ki, icazələrin siyahısı konkretləşdirilməlidir və onların lisenziyalardan nə ilə fərqləndiyini daha ətraflı izah etmək lazımdır: "İcazələrin sayını da azaltmaq lazımdır".
Qeyd edək ki, "Lisenziyalar və icazələr haqqında" qanun layihəsi lisenziyaların verilməsini 15 gündən 10 günə, icazələrin isə 7 günədək azalmasını, elektron lisenziyaların verilməsini, lisenziyaların verilməsi zamanı "bir pəncərə" sisteminin tətbiqini də nəzərdə tutur. Həmçinin dövlət orqanlarını lisenziyaların alınması ilə bağlı sahibkarlara beş gün ərzində metodik yardım göstərməyə təhkim edir.