Əmlak Məsələləri Dövlət Komitəsinin e-xidmətlərindən istifadə artıb

Əmlak Məsələləri Dövlət Komitəsinin e-xidmətlərindən istifadə artıb

Bakı. Trend:

Əmlak Məsələləri Dövlət Komitəsinin elektron xidmətlərindən istifadə edənlərin sayı artıb.

Komitənin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Prezident İlham Əliyevin vətəndaşlara operativ və şəffaf xidmətlərin göstərilməsi, məmur-vətəndaş ünsiyyətinin minimuma endirilməsi barədə tapşırıqlarına əsasən Əmlak Məsələləri Dövlət Komitəsi fəaliyyət istiqamətləri üzrə SMS, onlayn və elektron xidmətlərin tətbiqini davam etdirir.

Komitə tərəfindən indiyədək vətəndaşlara, fiziki və hüquqi şəxslərə müxtəlif fəaliyyət istiqamətləri üzrə 305 minə yaxın elektron xidmət göstərilib. Ötən il isə elektron xidmətlər vasitəsilə fiziki və hüquqi şəxslər tərəfindən 141 mindən çox müraciət qəbul edilib və qanunvericiliyə uyğun olaraq təmin olunub.

Hazırda Komitənin fəaliyyət sahələri üzrə 3 SMS və 31 elektron xidmət, o cümlədən 3 onlayn xidmət vətəndaşların istifadəsindədir.

Bu xidmətlər həm "Elektron hökumət" portalı (www.e-gov.az), həm də komitənin elektron xidmətlər portalı (www.e-emdk.gov.az) üzərindən təqdim olunur. Komitənin təqdim etdiyi 31 elektron xidmətdən 21-i daşınmaz əmlakın qeydiyyatı, 10-u isə dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsi ilə bağlıdır.

Eyni zamanda, bu xidmətlərin 27-si interaktiv, 4-ü isə informativ xidmətlərdir. Qeydiyyatla bağlı xidmətlərə daşınmaz əmlaka dair çıxarışlar, ipoteka, lizinq əməliyyatlarının qeydiyyatı və ləğvi, daşınmaz əmlakın dövlət reyestrindən məlumatların verilməsi və digər xidmətlər aiddir.

Həmçinin, səhmdar cəmiyyətlərin səhmlərinin, kiçik dövlət müəssisə və obyektlərin, yarımçıq tikililərin, nəqliyyat vasitələrinin özəlləşdirilməsinə dair hərraclarda iştirak üçün sifarişlərin elektron qəbulu kimi xidmətlər mövcuddur.

Aparılmış təhlillərdən bəlli olur ki, istifadəçilərin böyük əksəriyyəti daşınmaz əmlakın qeydiyyatı ilə bağlı elektron xidmətlərə müraciət edir. Belə ki, indiyədək yalnız daşınmaz əmlakın qeydiyyatı üzrə 21 elektron xidmətdən istifadə sayı 70 mindən çox olub.

Komitənin www.e-gov.az portalı üzərindən ən çox istifadə olunan elektron xidməti ipoteka əməliyyatlarının dövlət qeydiyyatı və ləğvi ilə bağlı xidmətlərdir. Bu xidmət üzrə indiyədək 30 mindən çox müraciət qeydə alınıb. İkinci yerdə 11 mindən çox müraciət sayı ilə dövlət reyestrindən məlumatın verilməsi barədə elektron xidmət dayanır.

Ümumilikdə isə, indiyədək vətəndaşlardan elektron və onlayn xidmətlər vasitəsilə mülkiyyətin dövlət qeydiyyatı üzrə 298 mindən çox müraciət daxil olub.

Komitənin digər fəaliyyət sahəsi olan dövlət əmlakının özəlləşdirilməsi, idarə edilməsi və icarəsinə dair elektron xidmətlər üzrə 7 mindən çox müraciət qəbul edilib. Bu fəaliyyət sahəsi üzrə elektron xidmətlərin içərisində ən çox istifadə edilən xidmət dövlət əmlakının qorunub saxlanmasına dair illik xüsusi hesabat formasının elektron qəbulu xidmətidir.

Belə ki, müraciətlərin böyük əksəriyyəti bu elektron xidmətin payına düşür. Eyni zamanda, komitə tərəfindən səhmdar cəmiyyətlərin, orta və kiçik müəssisələrin, nəqliyyat vasitələrinin özəlləşdirilməsi üçün keçirilən hərraclarda iştirak üçün sənəd qəbulu elektron xidmət vasitəsilə aparılır.

Belə xidmətlər sırasında nəqliyyat vasitələri barədə keçirilən hərraclar üçün elektron sifarişlərin sayı digər xidmətlərin statistikası ilə müqayisədə daha üstündür.

Komitə istifadəyə verdiyi 31 elektron xidmətin 3-ünü, eyni zamanda, SMS vasitəsilə ilə də göstərir. Bu xidmətlərə daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciət üzrə xidmət haqqının öyrənilməsi, daşınmaz əmlakın qeydiyyatı ilə bağlı müraciətin icra vəziyyətinin öyrənilməsi və dövlət əmlakının icarəyə verilməsi müqavilələri üzrə icarə haqqı borcunun öyrənilməsi aiddir.

Belə ki, mobil telefonlardan 9193 nömrəsinə SMS göndərməklə müvafiq məlumatlar əldə olunur.

Komitənin elektron xidmətlərlə yanaşı, istifadəyə verdiyi onlayn xidmətlər də xidmətlərdə rahatlığı və operativliyi kifayət dərəcədə artırıb. Belə ki, vətəndaşlar daşınmaz əmlakın yüklülüyünə dair arayışları (Forma-1) notariuslarda onlayn rejimdə əldə edirlər.

Bundan ötrü ərazi qeydiyyat idarələrinə müraciət etməyə ehtiyac qalmayıb. Digər onlayn xidmət vasitəsilə hər bir əmlak sahibi öz əmlakı barədə dövlət reyestrində olan rəsmi məlumatlarla onlayn rejimdə tanış ola bilir.

3-cü onlayn xidmət isə notariuslarda rəsmiləşmiş daşınmaz əmlaka dair təkrar bazarda alqı-satqı sənədlərinin onlayn rejimdə ərazi qeydiyyat idarəsinə göndərilməsini təmin edir.

Bununla da, vətəndaşların notariusdakı alqı-satqı əməliyyatından sonra yenidən ərazi qeydiyyat idarəsinə getmək proseduru aradan qalxıb.

İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Loading Bars
Xəbər lenti
İran sanksiyalar ləğv edildikdən sonra ABŞ-la birbaşa danışıqlara hazırdır - Rəisi
Saatlıda telefon satışı mağazasında yanğın olub
Türkiyədə "Pfizer" preparatından sonra "buster" doza olaraq "Turkovac" peyvəndi vurulacaq
Türkiyə Baş Qərargah rəisi və SACEUR komandanı NATO proseslərini müzakirə ediblər
Azərbaycan ilə İran arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub (FOTO)
Azərbaycan və Finlandiya Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr olub
Qubada ikimərtəbəli ev yanıb
Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi ilə görüşüb (FOTO)
Yaponiyada pilotsuz konteyner gəmisi iki liman arasında səfəri uğurla başa vurub
İspaniyada saxta "COVID pasportu" satan şəxslər saxlanılıb
İctimai nəqliyyatda karantin qaydalarını pozan 20-dən çox şəxs cərimələnib (FOTO)
Gömrük Sərnişin Məlumat Mərkəzinin açılış mərasimi keçirilib (FOTO)
Azərbaycanda koronavirusun yeni ştammına yoluxanların sayında artım davam edir - RƏSMİ
Sankt-Peterburqda Üzeyir Hacıbəyovun abidəsinin təməlqoyma mərasimi keçirilib
Ümid edirik ki, Azərbaycandan Hindistana gedən turistlərin sayı artacaq - Səfir (FOTO)
Həyat yoldaşını güllələyən polisin işi yenidən istintaqa göndərilsin - Zərərçəkmiş
Dələduzluqda təqsirləndirilən qadına hökm oxundu
İranla Azərbaycan arasında tikiləcək yeni körpü yükdaşımaların artımına xidmət edəcək - Şahin Mustafayev
Astaraçay üzərində tikiləcək körpü İran və Azərbaycan arasında traniziti artıracaq
Azərbaycanın Avroviziyada iştirak tarixi məlum olub
Ermənistanda siyasi fraqmentasiya dərinləşir - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
Ov qaydalarını pozan xarici ölkə vətəndaşı cəzalandırılıb
“Qarabağın və Şərqi Zəngəzurun iqtisadi inkişafında qadın sahibkarlığının rolu” mövzusunda konfrans keçirilib (FOTO)
Sumqayıtın bir hissəsinə içməli su məhdudiyyətlə veriləcək
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2468 nəfər COVID-19-a yoluxub, 13 nəfər vəfat edib
Astaraçay üzərində yeni körpünün təməli qoyulub (FOTO)
Magistraturaya qəbul imtahanlarının iki dəfə keçirilməsi planlaşdırılır - DİM
Ordumuzun maddi-texniki bazasının gücləndirilməsi üçün qanunvericilik təkmilləşdirilir
Yanvarın 26-na USD/AZN rəsmi məzənnəsi
İmişlidə "patı" satanlar saxlanıldı (FOTO)
Buraxılış imtahanları bir mərhələdə keçiriləcək - DİM
Karantin müddəti bitsə də, koronavirusu ağır keçirənlərin çölə çıxması məsləhət deyil - Həkim
Bakıda daha bir küçə yenidən təmir edilib (FOTO/VİDEO)
QHT Agentliyi rəhbərliyinin Türkiyəyə rəsmi səfəri başlayıb (FOTO)
"Pfizer/BioNTech" "omikron" ştammına qarşı vaksinin kliniki sınaqlarına başlayıb
Ötən il Azərbaycana 17 milyon dozaya yaxın COVİD vaksini gətirilib
Abituriyentlər imtahanların dəqiq tarixinə fikir verməlidir - DİM
Prezident İlham Əliyev Ukrayna Prezidenti Volodimir Zelenskiyə zəng edib
Ermənistan - Azərbaycan sərhədinin demarkasiyası silahlı münaqişələri dərhal aradan qaldıra bilər - KTMT-nin sabiq baş katibi
Dayanma, durma və parklanma ilə bağlı yeni cərimələr parlamentdə müzakirə ediləcək
Narkotik satışı ilə məşğul olan 3 nəfər saxlanılıb (FOTO)
Tailandda 5 yaşdan böyük uşaqların vaksinasiyası başlayacaq
Bu il Azərbaycana 80 min doza "Sputnik V" vaksini gətiriləcək (ÖZƏL)
İran şirkəti Azərbaycanda sənaye parkının rezidenti ola bilər
Qanunsuz küçə ticarəti ilə məşğul olanlar cərimələnib (FOTO)
AzTU-da imtahan sessiyasını izləmək üçün mediatur təşkil olunub (FOTO)
“Azərbaycan Uşaq Qaynar Xətti” 2021-ci ilə olan hesabatı təqdim edib (FOTO)
MB-nin Bank Sertifikat Xidmətləri Mərkəzinin informasiya təhlükəsizliyi üzrə ISO/IEC 27001:2013 beynəlxalq standartına uyğunluğu yenidən təsdiq edilib
FHN-də mülki müdafiə planının hazırlanması üzrə Komissiyanın birinci iclası keçirilib (FOTO)
Komando hərbi hissəsində təlim-məşqləri keçirilib (FOTO/VİDEO)
DİN polis qeydiyyatında olan vətəndaşların qeydiyyatlarının ləğvi ilə bağlı söz - söhbətlərə aydınlıq gətirib
Şərhlərdə söyüş yazanlar cərimə oluna bilər
SOCAR AQŞ İraq Qazma Şirkətinin nümayəndə heyəti ilə görüşüb
Bakı-İstanbul və İstanbul-Bakı üzrə -ın bütün reysləri sabah günün birinci yarısına keçirilib
Ötən il ölkədə elektrik enerjisi istehsalı artıb (FOTO)
“DOST İş” Mərkəzi 900 şəxsi aqrar sahələr üzrə işlərə cəlb edib
Bakıda daha 175 sürücü qanunsuz parklanmaya görə cərimələnib (FOTO/VİDEO)
Tağıyevin heykəlinə zərər vuranlar həbs olunub
“BlueNoroff” kriptovalyuta startaplarının hesablarını boşaldır - Kaspersky
“Yüksəliş” müsabiqəsinin İşçi qrupu qaliblərlə görüşüb (FOTO)
Azərbaycan televiziya kanalları HD formatda yayıma başlayacaq
Prezident İlham Əliyev: Ümid edirəm ki, müharibədən sonrakı dövr bütün region üçün yeni imkanlar açacaq
Prezident İlham Əliyev: Əminəm ki, yaxın gələcəkdə İran şirkətləri azad edilmiş torpaqlarda fəal işə başlayacaqlar
İran-Azərbaycan hökumətlərarası komissiyasının növbəti iclasının vaxtı açıqlandı
İranla Azərbaycan arasında yeni avtomobil körpüsünün tikintisi ilin sonuna kimi başa çatacaq - Şahin Mustafayev
Azərbaycan MDB sazişinə dəyişikliklər barədə Protokolu qeyd-şərtlə təsdiqləyib
Xaçmaz RİH başçısı Elnur Rzayevin Şəhidlər xiyabanından qovulması ilə bağlı məlumatlar əsassız və qərəzlidir - İcra Hakimiyyəti
28 il sonra misli ilə alınan qisas - Qəhrəman hərbçilərimiz Daşaltıda şəhidlərimizi andı (FOTO/VİDEO)
Ziraat Bank Azərbaycan beynəlxalq ödəniş sistemi tərəfindən mükafatlandırılıb
Qar yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
Koronavirusa görə Respublika Reabilitasiya Mərkəzinə qəbul dayandırılıb
İtkin düşən Tərtər sakini axtarılır
Azərbaycan və İran arasında Astaraçay üzərində körpünün tikintisi ilə bağlı protokol imzalanıb (FOTO)
Xəzərin suyu niyə sürətlə azalır?
Azərbaycan ərəb ölkələrinə zəfəran ixrac edəcək (FOTO/VİDEO)
Ekologiya və təbii sərvətlər nazirinə yeni müşavir təyin edilib
Qərbi Makedoniya Universitetinin nümayəndə heyəti ADNSU-da görüşlərə başlayıb (FOTO)
Ötən il "TikTok" blogerləri iri şirkət rəhbərlərindən daha çox qazanıb
Ağır yaralanan qazilərə 264 əməliyyat həyata keçirilib - Travmatoloq
İstanbul hava limanı bu tarixədək bağlı qalacaq
Saray qəsəbəsində 16 evdən oğurluq edən şəxs saxlanılıb
Azərbaycanla İran arasında sərhəd-keçid rejimi sadələşdirilə bilər - Nazir
“Qarabağ”ın oyunu təxirə salındı
Bakıda müəllimi döyən şəxs saxlanıldı - RƏSMİ
Bakıda polislər özünü dənizə atan şəxsi xilas edib
Bu gün Azərbaycan və İran arasında yeni avtomobil körpüsünün inşasına başlanılır
Bu dəyərlərin yetişən gənc nəsil arasında təbliği olduqca vacibdir - Şahin İsmayılov
Yanvarın 27-dən hava şaraiti dəyişəcək - Umayra Tağıyeva
Ağalı kəndində ilk "Ağıllı kənd"in inşası ilə bağlı işlər başa çatmaq üzrədir - Nazir müavini
Prezident İlham Əliyev Fatma Səttarovaya “İstiqlal” ordenini təqdim edib (FOTO/VİDEO) (YENİLƏNİB)
Xalq Bank Visa tərəfindən mükafata layiq görüldü
Hazırda Bakıdan İstanbula iki reysin uçuşu gecikir - AZAL
Özəl sektorun Qarabağda quruculuq prosesinə cəlb edilməsi işlərin sürətli həyata keçirilməsinə zəmin yaradır - Nazir müavini
Əli Əsədovla Belarusun Baş naziri arasında telefon danışığı olub
Azərbaycan yaxın zamanlarda Qarabağı ən gözəl regiona çevirəcək - Şahin Mustafayev
Sabahın hava proqnozu açıqlanıb
Prezident İlham Əliyev İranın yol və şəhərsalma nazirini videoformatda qəbul edib (FOTO/VİDEO) (YENİLƏNİB)
İşğaldan azad olunan ərazilərin bərpasına öz töhfəmizi verəcəyik - İranın şəhərsalma naziri
Azad edilmiş ərazilərdə aqrar emal müəssisələrinin yaradılması nəzərdə tutulur - Nazir müavini
Bütün xəbərlər