...

Bank Respublika "Mobil Şöbə" xidmətini təqdim edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Mart 2016 16:29 (UTC +04:00)
Bank Respublika “Mobil Şöbə” xidmətini təqdim edir.
Bank Respublika "Mobil Şöbə" xidmətini təqdim edir

Bakı. Trend:

Bank Respublika "Mobil Şöbə" xidmətini təqdim edir. "Mobil Şöbə" - xarici görünüşü və funksionalı tamamilə yenilənmiş mobil əlavəsidir. Bu yenilik müştərilər tərəfindən rəğbətlə qarşılanmış bankın "İnternet Şöbəsi" xidmətinin davamıdır.

Bankın İdarə Heyəti sədrinin müavini Aslan Abasov bildirib: "Yeni "Mobil Şöbə"nin yaradılmasında məqsədimiz müştərilərə bank məhsullarının daha sərbəst və rahat şəkildə idarə edə bilməsi şəraitini təmin etməkdir, sanki onlar gərçəkdən bankın filialına gəlib. Hazırda ilkin versiyanın istifadəyə verilməsinə baxmayaraq, burada da müştəriləmiz üçün bir sıra yeni funksiyalar mövcuddur. Yaxın zamanda daha bir neçə yeniliklərin istifadəyə verilməsi ilə "Mobil Şöbə" imkanlarını genişləndirəcək".

"Mobil Şöbə"nin funksionalı kartın balansı haqqında məlumat və çıxarış, bank hesablarında qalıqlar, mövcud kreditlər və ödəniş qrafikləri haqqında məlumat, əmanətlər haqqında ətraflı hesabat kimi xidmətləri özündə cəmləyir.

"Card to Card" əməliyyatları, hesaba mədaxil və kommunal xidmətlərin ödənişini etmək, həmçinin yeni əlavə vasitəsilə mümkündür. Yeniliklərdən biri şəxsi ödəniş şablonlarının yaradılması imkanıdır ki, bu şablonları gələcəkdə məlumatların doldurulmasına artıq vaxt sərf etmədən istifadə etmək olar.

İndi Sizə yaxın və uyğun olan bank filialını, bankomatı və ya PayKart bonus sisteminin partnyorunu axtarıb tapmaq daha asan oldu. Müvafiq bölümlərdə obyektin harada yerləşdiyi barədə ətraflı məlumatı Google Maps xəritəsində əldə edə bilərsiniz.

"Mobil Şöbə"nin istifadəçisi olmaq üçün "Bank Respublika" və "Mobil Şöbə" açar sözlərini Google Play-də yazıb həmin əlavəni yükləyin. Daha sonra bankın uyğun filialına müraciət edərək mobil qurğunuzun qeydiyyatı üçün Sizə birdəfəlik şifrə veriləcək. Qeydiyyatdan keçən kimi "Mobil Şöbə" seçdiyiniz dördrəqəmli PİN-kodla istifadə oluna bilər.

Hazırda bu əlavə yalnız Android (5.0 və daha yuxarı) platformasından yüklənə bilər, lakin yaxın zamanda iOS sistemi üçün də yeni versiya təqdim ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti