...

"Coca-Cola" Azərbaycanda keçiriləcək futbol üzrə U-17 Avropa Çempionatının rəsmi tərəfdaşı oldu

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 Aprel 2016 15:03 (UTC +04:00)
Bu gün sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan “Coca-Cola” şirkətinin 2016-cı ilin mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək 17 yaşına qədər gənclər arasında Avropa Çempionatının rəsmi tərəfdaşı qismində çıxış etməsinə dair Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq sazişi imzalayıb.
"Coca-Cola" Azərbaycanda keçiriləcək futbol üzrə U-17 Avropa Çempionatının rəsmi tərəfdaşı oldu

Bakı. Trend:

Bu gün sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkətinin 2016-cı ilin mayın 5-dən 21-dək Azərbaycanda keçiriləcək 17 yaşına qədər gənclər arasında Avropa Çempionatının rəsmi tərəfdaşı qismində çıxış etməsinə dair Azərbaycan Futbol Federasiyaları Assosiasiyası (AFFA) ilə əməkdaşlıq sazişi imzalayıb.

Tərəflər arasında imzalanmış sazişə əsasən, uzun illər ərzində Olimpiya oyunları, FIFA dünya çempionatları və UEFA Avropa çempionatlarının əsas tərəfdaşı qismində çıxış etmiş "Coca-Cola" şirkəti U-17 Avropa Çempionatını öz məhsulları ilə təmin edəcək.

İmzalanma mərasimində AFFA-nın baş katibi Elxan Məmmədov, "Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya regionunda ictimaiyyətlə əlaqələr və kommunikasiya üzrə meneceri Oleq Piletskiy, milli yığma komandanın üzvləri, media nümayəndələri və bir sıra digər qonaqlar iştirak ediblər.

E. Məmmədov beynəlxalq idman yarışlarına daim dəstək göstərən dünya üzrə məşhur "Coca-Cola" şirkəti ilə əməkdaşlığın etibarlılığını qeyd edib: ""Coca-Cola" şirkətinin Bakıda may ayında keçiriləcək futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı kimi iştirakını təsdiqləməkdən məmnunam. "Coca-Cola" beynəlxalq arenada tanınmış brenddir və böyük idman çempionatlarının dəstəyində zəngin tarixə malikdir, bu isə şirkəti yarışların mükəmməl partnyoruna çevirir".

O. Piletskiy isə öz növbəsində qeyd edib ki, 17 yaşına qədər gənclər arasında futbol üzrə Avropa Çempionatı ölkə futbolunun davamlı inkişafında növbəti mühüm addım olacaq. O, həmçinin bildirib ki, bu cür əhəmiyyətli beynəlxalq tədbirə dəstək göstərmək şirkət üçün böyük məsuliyyət kəsb edir: ""Coca-Cola" şirkəti təmsil olunduğu bütün ölkələrdə idmanın inkişafına böyük diqqət yetirir və biz hesab edirik ki, idman hamımız üçün zəruri ilham mənbəyidir. Fəal və sağlam həyat tərzi xoşbəxt həyatın təməlidir, bu isə öz növbəsində cəmiyyətin rifahına fayda verir. Bu, "Coca-Cola"nın bütün dünyada idman tədbirlərini dəstəkləməsinin əsas səbəbidir. Qarşıdan gələn futbol üzrə Avropa Çempionatının rəsmi tərəfdaşı olaraq inanırıq ki, sözügedən yarış xeyli azərbaycanlını daha fəal və sağlam həyat tərzi sürməyə ilhamlandıracaq".

Qeyd etmək lazımdır ki, "Coca-Cola" şirkəti müntəzəm olaraq Azərbaycanda uşaq futbolunun inkişafına dəstək göstərir. Belə ki, şirkət 2011-ci ildən etibarən "Coca-Cola School Cup" məktəbli turnirinin təşkilatçılarından biridir. Ötən beş il ərzində adıçəkilən birincilik 1 milyondan artıq məktəblini cəlb edib və turnirin qalibləri müxtəlif beynəlxalq yarışlarda iştirak hüququ qazanıb. Təqdirəlayiqdir ki, "Coca-Cola School Cup" turnirinın yetirməsi Ülvi İbrahimov U-17 Avropa Çempionatında Azərbaycan milli yığma komandasının şərəfini qoruyacaq. Layihənin digər nailiyyəti isə "Coca-Cola School Cup" məktəblilər arasında futbol çempionatının IX siniflər arasında 2014/2015 mövsümünün qalibi olmuş Səbail rayonunun 163 saylı orta məktəbinin komandasının Lans və Lill şəhərlərində keçiriləcək "School Football Euro 2016" beynəlxalq futbol turnirində iştirak etməsidir.

Qeyd edək ki, Avropa çempionu adı uğrunda Bakıda 16 komanda görüşəcək və artıq aprelin 8-də püşkatma vasitəsi ilə komandalar 4 qrupda yer alacaq.

"Coca Cola" şirkəti haqqında:

"Coca-Cola" şirkəti (NYSE: KO) sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideridir. Şirkət 500-dən yuxarı brend istehsal edir. "Coca-Cola" şirkəti dünyada ən qiymətli brend kimi qəbul edilib. Dünyada ən çox tanınan və ən bahalı brendlərdən olan "Coca-Cola" ilə yanaşı şirkətin portfoliosuna dəyəri 1 mlrd. ABŞ dollarını ötən 20 brend daxildir. Bunların sırasına "Diet Coke", "Fanta", "Sprite", "Coca-Cola Zero", "vitaminwater", "POWERADE", "Minute Maid", "Simply", "Georgia", "Dasani", "FUZE TEA" və "Del Valle" kimi brendlər aiddir. Qlobal miqyasda "Coca-Cola" şirkəti mineral sular, şirələr, hazır çay və kofe istehsalı sahəsində liderdir. Qlobal yayım sistemi sayəsində dünyanın 200-dən çox ölkəsindəki istehlakçılar şirkətin istehsal etdiyi içkilərdən istifadə edirlər. "Coca-Cola" şirkəti hər gün 1,9 mlrd. içki porsiyası realizə edir. Qeyd etmək lazımdır ki, şirkət ətraf mühitin mühafizəsinə, resursların qorunmasına və regionun iqtisadi inkişafına yönəlmiş ictimai təşəbbüsləri dəstəkləyir. Beləliklə, 700 mindən çox işçisi ilə "Coca-Cola" şirkəti dünyada TOP-onluğa daxildir. "Coca-Cola" şirkəti haqqında daha ətraflı məlumat almaq üçün şirkətin İnternet səhifəsini ziyarət edə bilərsiniz: www.thecoca-colacompany.com.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti