...

Lənkəran və Ağsuda maarifləndirici tədbirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Aprel 2016 20:24 (UTC +04:00)

Bakı. Trend:

Aprelin 6-da İqtisadiyyat Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin Lənkəran nümayəndəliyinin təşkilatçılığı ilə Lənkəranda gənclər üçün, aprelin 7-də isə Göyçay və Yevlax nümayəndəliklərinin birgə təşkilatçılığı ilə Ağsuda sahibkarlar və sahibkarlıq fəaliyyətinə yeni başlayanlar üçün treninqlər keçirilib.

Nazirliyin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, müvafiq rayon icra hakimiyyətlərinin dəstəyi ilə "Biznesin əsasları, təşkili və idarə edilməsi", "Biznes planların və investisiya layihələrinin hazırlanması", "Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin sığortalanması" mövzularını əhatə edən treninqlərdə biznes ideyanın yaradılması, biznes planın tərtib olunması, sığortanın əhəmiyyəti və s. barədə ətraflı məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Tədbirlərdə, həmçinin İqtisadiyyat Nazirliyi tərəfindən göstərilən elektron xidmətlər barədə məlumat verilib.

Treninqlər çərçivəsində mövzular üzrə təqdimatlar keçirilib, iştirakçılara Bakı Biznes Tədris Mərkəzi tərəfindən hazırlanmış metodiki vəsaitlər paylanıb, onları maraqlandıran suallar cavablandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti