...

"Azerspace-1" peykinə təhlükə yaradan kosmik tullantıların hesablanmasına dair razılıq əldə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Aprel 2016 11:48 (UTC +04:00)
“Azərkosmos” ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində qurumla Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında görüş keçirilib.
"Azerspace-1" peykinə təhlükə yaradan kosmik tullantıların hesablanmasına dair razılıq əldə olunub

Bakı. Trend:

"Azərkosmos" ASC-nin Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində qurumla Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) arasında görüş keçirilib.

"Azərkosmos" ASC-dən Trend-ə verilən məlumata görə, görüşdə kosmosa atılmış kənar cisimlərin "Azerspace-1" peyki üçün yarada biləcəyi risklər, peyklərin trayektoriyalarının kəsişməsi problemi, teleskoplardan istifadə etməklə peyklərin müşahidə edilməsi, onların dəqiq koordinatlarının hesablanması, eləcə də nanopeyklərin hazırlanması və astrofiziki kosmik eksperimentlərə dair müzakirələr aparılırb. Görüşdə ŞAR-ın rəsmilərinə "Azərkosmos" ASC, "Azerspace-1" peyki və onun texniki xüsusiyyətləri, "Azersky" peykinin tətbiq sahələri və növbəti peyk layihələri haqqında ətraflı məlumat verilib.

Eyni zamanda, görüşdə ölkəmiz üçün kosmik sənayenin inkişafının əhəmiyyəti və Şamaxı Rəsədxanasının kosmos tədqiqatlar sahəsinə verdiyi töhfələr haqda fikir mübadiləsi aparılıb.

Görüşün sonunda "Azərkosmos"la Şamaxı Astrofizika Rəsədxanası arasında "Azerspace-1" peykinə təhlükə yaradan kosmik tullantıların, peyklərin toqquşma riskinin hesablanması və bu haqda "Azərkosmos"un öncədən məlumatlandırılması, həmçinin vaxtaşırı olaraq teleskop vasitəsi ilə "Azerspace-1" peykinin şəkillərininin çəkilməsi və koordinatlarının hesablanmasına dair razılıq əldə olunub.

"Azərkosmos" ASC haqqında

Qafqazda yeganə peyk operatoru olan "Azərkosmos" ASC telekommunikasiya və coğrafi kəşfiyyat sahələri üçün yüksək keyfiyyətli peyk xidmətləri təqdim edir. 2013-cü ilin fevral ayında orbitə buraxılan və Azərkosmos tərəfindən idarə edilən Azerspace-1 peyki 46° şərq uzunluğu orbital mövqeyində yerləşir və Avropa, Afrika, Yaxın Şərq, Qafqaz və Mərkəzi Asiya regionlarını əhatə edir. Ən azı 15 il müddətində orbitdə fəaliyyət göstərəcək peykin faydalı yükü 36 transponderdən ibarətdir: C diapazonda 24, Ku diapazonda 12 transponder. 2014-cü ilin dekabr ayından etibarən Azərkosmos sayca ikinci, təyinatına görə yüksək ayırdetməli (1.5 m ayırdetmə) Yer səthinin məsafədən müşahidə peyki olan Azersky-ın idarəçiliyini təhvil almış və bununla da geoinformasiya xidmətləri də daxil olmaqla Yer səthinin məsafədən müşahidəsinin kommersiya fəaliyyətinə başlamışdır. Şirkətin strateji inkişaf planlarına əhatə dairəsinin və xidmətlər spektrinin genişləndirilməsi daxildir. Bu məqsədlə, Azərkosmos 2017-ci ildə ikinci telekommunikasiya peyki Azerspace-2-ni 45° şərq uzunluğu orbital mövqeyinə çıxarmağı və önümüzdəki illərdə çox yüksək ayırdetməli Yer səthinin məsafədən müşahidə peyki əldə etməyi planlaşdırır. Daha ətraflı məlumatı www.azercosmos.com internet səhifəsindən ala bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti