...

Azərbaycan torpaqların təyinatına uyğun istifadə edilməməsinə görə vergi dərəcəsini artıracaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2016 12:57 (UTC +04:00)
Azərbaycanda torpaqların təyinatına uyğun istifadə edilməməsinə görə vergi dərəcələrini artırmaq təklif olunur.
Azərbaycan torpaqların təyinatına uyğun istifadə edilməməsinə görə vergi dərəcəsini artıracaq

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanda torpaqların təyinatına uyğun istifadə edilməməsinə görə vergi dərəcələrini artırmaq təklif olunur.

Trend-in məlumatına görə, Vergi Məcəlləsinə müvafiq dəyişikliklər Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında müzakirə olunub.

Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Samirə Musayeva iclasda çıxış edərkən bildirib ki, kənd təsərrüfat təyinatlı torpaqlar üzrə vergi dərəcəsi bir şərti bala görə 0,06 manat səviyyəsində qalmaqda davam edir: "Torpaqlar təyinatına görə istifadə edilməzsə, vergi dərəcəsini 100 kvadratmetrə görə 10 manatadək artırmaq təklif olunur".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti