Bakı. Elmira Tariverdiyeva - Trend:
Mayın 12-də Bakıda "Dağıstan və Azərbaycan işgüzar dairələrinin regionlararası əməkdaşlığı" mövzusunda dəyirmi masa keçiriləcək.
Bunu Trend-ə diplomatik mənbə deyib.
Dəyirmi masada 12-13 may tarixində Azərbaycanda səfərdə olacaq Dağıstanın başçısı Ramazan Abdulatipov iştirak edəcək.
R.Abdulatipov səfər zamanı Azərbaycan rəhbərliyi və rəsmi şəxslərlə, o cümlədən iqtisadiyyat naziri Şahin Mustafayev, Baş nazirinin birinci müavini Yaqub Eyyubov, eləcə də Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə ilə görüşlər keçirəcək.