...

Oğuz Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 5 May 2016 19:22
Mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illdönümü ərəfəsində Oğuz Rayon Statistika İdarəsi üçün inşa edilmiş müasir inzibati bina istifadəyə verilib.
Oğuz Rayon Statistika İdarəsinin yeni inzibati binasının açılışı olub (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

Mayın 5-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü illdönümü ərəfəsində Oğuz Rayon Statistika İdarəsi üçün inşa edilmiş müasir inzibati bina istifadəyə verilib.

Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, inzibati bina Azərbaycan Prezidentinin 2012-ci il 21 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş "2013-2017-ci illərdə Azərbaycan Respublikasında rəsmi statistikanın inkişafı Dövlət Proqramı" çərçivəsində tikilib. Açılış mərasimində Oğuz Rayon İcra Hakimiyyətinin başçısı Eyvaz Qurbanov, Dövlət Statistika Komitəsi sədrinin müavini Rauf Səlimov və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Qeyd olunub ki, son illərdə ölkədə rəsmi statistikanın inkişafına dair uğurla icra olunan Dövlət proqramları nəticəsində yerli statistika orqanlarının işçilərinin iş şəraitinin yaxşılaşdırılması və maddi texniki bazalarının təkmilləşdirilməsi məqsədilə 26 rayon və şəhər statistika idarəsi üçün yeni inzibati binalar tikilib. Bütün bu görülən işlər Prezident İlham Əliyevin statistika sisteminin inkişafına olan diqqət və qayğısının əyani nümunəsidir.

Tədbir iştirakçıları yeni binada yaradılan şəraitlə tanış olublar. Sahəsi 394 kv.metr olan iki mərtəbəli inzibati bina müasir tələblərə cavab verir, kompyuter texnikası, mebel və digər zəruri avadanlıqlarla təchiz edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti