...

ARDNF Mərkəzi Banka 20 mln., 12 banka isə 27,8 mln. dollar satıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 May 2016 12:01 (UTC +04:00)
Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.
ARDNF Mərkəzi Banka 20 mln., 12 banka isə 27,8 mln. dollar satıb

Bakı. Trend:

Bu gün Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) tərəfindən 50 milyon ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb.

Fonddan Trend-ə verilən məlumata görə, bu vəsaitdən 27,8 milyon ABŞ dolları məbləğində vəsait 12 banka və 20 milyon ABŞ dolları məbləğində vəsait isə Azərbaycan Mərkəzi Bankına satılıb.

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti