Bakı. Trend:
Azərbaycan və Dağıstanın əmtəə dövriyyəsini on dəfələrlə artırmaq üçün potensialı var.
Trend-in məlumatına görə, bunu Bakıda Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan-Rusiya işgüzar görüşündə deyib.
Onun fikrincə, 160 milyon dollar həcmində əmtəə dövriyyəsi (2015-ci ilin yekunu üzrə) Azərbaycan və Dağıstan arasında münasibətlərin səviyyəsinə uyğun deyil.