...

Dağıstan Azərbaycan biznesinə güzəştlər təklif edir (ƏLAVƏ OLUNUB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 May 2016 16:49 (UTC +04:00)
Dağıstan Azərbaycan sahibkarlarına imtiyazlar verməyə hazırdır.
Dağıstan Azərbaycan biznesinə güzəştlər təklif edir (ƏLAVƏ OLUNUB)

Bakı. Azad Həsənli - Trend:

Dağıstan Azərbaycan sahibkarlarına imtiyazlar verməyə hazırdır. Trend-in məlumatına görə, bunu Bakıda Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipov Azərbaycan-Rusiya işgüzar görüşündə deyib.

Onun sözlərinə görə, Dağıstanda birgə müəssisələrin yaradılması üçün imkanlar var: "Azərbaycan və Dağıstan tikinti, turizm sahələrində və xidmətlər sektorunda əməkdaşlıq edə bilərlər".

R.Abdulatipov əlavə edib ki, Azərbaycan və Dağıstanın əmtəə dövriyyəsini on dəfələrlə artırmaq üçün potensialı var.

Onun fikrincə, 160 milyon dollar həcmində əmtəə dövriyyəsi (2015-ci ilin yekunu üzrə) Azərbaycan və Dağıstan arasında münasibətlərin səviyyəsinə uyğun deyil.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti