...

PAŞA Bank "Moody's" agentliyinin keçirdiyi konfransda iştirak edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2016 14:49 (UTC +04:00)
Mayın 24-də Bakıda "Moody's" agentliyinin ölkədə və regionda aktual kredit risklərinin müzakirəsinə həsr olunmuş illik konfransı keçirilib.
PAŞA Bank "Moody's" agentliyinin keçirdiyi konfransda iştirak edib

Bakı. Trend:

Mayın 24-də Bakıda "Moody's" agentliyinin ölkədə və regionda aktual kredit risklərinin müzakirəsinə həsr olunmuş illik konfransı keçirilib.

Tədbirdə Dünya Bankının, bank və sığorta sektorlarının, investisiya idarəçiliyi üzrə ixtisaslaşmış şirkətlərin nümayəndələri, həmçinin müstəqil məsləhətçilər iştirak ediblər. Həmçinin konfransın spikeri qismində PAŞA Bankın risklərin idarə edilməsi üzrə baş direktoru Mənsur Məmmədov çıxış edib.

Tədbirdə "Moody's" agentliyinin ekspertləri makroiqtisadi şəraitə, həmçinin son zamanlar Azərbaycan və region iqtisadiyyatında baş vermiş dəyişikliklərə həsr olunmuş təqdimatlarla çıxış ediblər. Maliyyə sektoruna bu və ya digər qaydada təsir göstərmiş tendensiyaları qiymətləndirməklə, agentliyin analitikləri konfransın iştirakçıları ilə maliyyələşdirmə mənbələrinin müxtəlifliyi, MDB ölkələri üçün valyuta risklərinin aktuallığı və digər mövzuları müzakirə ediblər.

Konfrans çərçivəsində, həmçinin dünya neft bazarında dəyişkənlik və aşağı qiymətlərin Azərbaycanın biznes iqliminə və bank sektorunun inkişafına təsiri məsələlərinə həsr edilmiş ayrıca müzakirələr paneli keçirilib.

Konfrans iştirakçıları qarşısında çıxış edən M.Məmmədov iştirakçıların diqqətinə hökumətin həyata keçirdiyi bir sıra iqtisadi təşəbbüslərin artıq ölkənin işgüzar iqliminə və ümumiyyətlə, iqtisadiyyatına öz müsbət təsirini göstərdiyini çatdırıb: "Hazırkı makroiqtisadi şərait iqtisadiyyatın qeyri-neft sektorunun, fərdi olaraq kənd təsərrüfatı, ticarət və xidmət, informasiya texnologiyaları, turizm kimi sahələrin inkişafı üçün geniş üfüqlər açır. Risklərin idarə edilməsi də daxil olmaqla müvafiq sahələrdə geniş təcrübəyə və peşəkarlığa malik PAŞA Bank isə öz növbəsində, real sektorun etibarlı tərəfdaşı simasında çıxış etməyə hazırdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti