...

"Brent" markalı neftin qiyməti 50 dolları keçdi

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 May 2016 06:44 (UTC +04:00)
"Brent" markalı neftin qiyməti bir barel üçün 50 dolları keçib
"Brent" markalı neftin qiyməti 50 dolları keçdi

Bakı. Trend:

"Brent" markalı neftin qiyməti bir barel üçün 50 dolları keçib. Bu barədə Trend RİA Novosti-yə istinadən xəbər verir.

Bugünkü neft qiymətləri 2015-ci il noyabrın 4-dən ən yüksək göstərici sayılır.

Dünya birjalarında yüngül neft markası WTI-ın bir barelinin iyul fyuçerslərinin qiyməti 49,84 dollar təşkil edir.

Hərraclar zamanı "Brent" markalı neftin qiyməti 50,02 dollara yüksəlib.

Xəbər lenti

Xəbər lenti