Bakı. Trend:
Azərbaycan Mərkəzi Bankı 9 iyun tarixinə valyuta məzənnələrini açıqlayıb.
Mərkəzi Bankdan Trend-ə verilən məlumata görə, iyunun 9-a olan rəsmi məzənnələr bülleteninə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,5084 manat təşkil edir.
Manata nəzərən avronun məzənnəsi isə 1,7203 manat təşkil edir.
1 türk lirəsi 0,5217 manat, 1 rus rublu 0,0236 manatdır.