Bakı. Trend:
"Grant Thornton" şirkəti "Amrahbank"ın 2015-ci ildəki fəaliyyətinin yekunları ilə bağlı audit rəyi təsdiq edib.
Bankdan Trend-ə verilən məlumata görə, hesabata əsasən "Amrahbank"ın məcmu kapitalı 31 dekabr 2015-ci il tarixinə görə 53 mln 988 min manat təşkil edib ki, 2014-cü ilin sonuna bu göstərici 50 mln 714 min manat olub. Rəqəmlərə əsasən 31 dekabr 2015-ci il tarixinə görə "Amrahbank"ın məcmu kapitalı 2014-cü il 31 dekabr tarixilə müqayisədə 3 mln 274 min manat və ya 6.5% artıb.
31 dekabr 2015-ci il tarixinə görə, bankın cəmi aktivləri 301 mln. 348 min manat təşkil edib. Bir ildə bu göstərici 98 mln. 28 min manat və ya 32,61% artıb.
1993-cü ildə təsis edilmiş "Amrahbank" Azərbaycanın ilk və aparıcı banklarından biridir. "Amrahbank" həm fərdi, həm də korporativ müştərilərə bütün bank xidmət və məhsullarını, o cümlədən cari və depozit hesabları, hesablaşma-kassa xidmətləri, plastik kartlarla əməliyyatlar, yerli və beynəlxalq pul köçürmələri, istehlak və biznes kreditləri, sənədli əməliyyatlar, ticarətin maliyyələşdirilməsi və digər bank xidmətlərini təqdim edir.
"Amrahbank" Azərbaycanın ərəb investisiyalı yeganə bankdır Bəhreyn Krallığında fəaliyyət göstərən Beynəlxalq İnvestisiya Bankı (www.iib-bahrain.com), 2008-ci ildən "Amrahbank"ın strateji səhmdarıdır.
Hazırda 23 filialı və 1 şöbəsi fəaliyyət göstərən bank paytaxtla yanaşı respublikamızın Sumqayıt, Lənkəran, Tovuz, Şəmkir, Bərdə, Gəncə, Masallı, Goranboy kimi regionlarını əhatə edir.