...

"Qərbi-Abşeron"dakı özüllərin tikintisi davam edir

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 İyun 2016 20:21 (UTC +04:00)

Bakı. Trend:

"Azneft" İstehsalat Birliyinin sifarişi əsasında "Qərbi-Abşeron" yatağında quraşdırılması nəzərdə tutulan 10 və 54 nömrəli stasionar dəniz özüllərinin tikintsi "Neftqaztikinti" Tresti tərəfindən uğurla davam etdirilir.

Trend SOCAR-ın saytına istinadən məlumat verir ki, 10 nömrəli stasionar dəniz özülündə 9 ədəd dayaq bloku, 9 ədəd aralıq seksiyası, 1 ədəd piyada körpüsü, 9 ədəd minik və yanalma meydançaları quraşdırılıb, 36 ədəd svay vurulub, 9 ədəd svay ankerlənib, 3 ədəd svay tam, 6 ədəd svay isə qismən sementlənib. Hazırda aralıq seksiyalar və blokların bərkidilməsi, meydançalara pilləkənlərin quraşdırılması, antikorroziya işləri və s. aparılır.

54 nömrəli stasionar dəniz özülündə isə 9 ədəd dayaq bloku, 9 ədəd aralıq seksiyası, 1 ədəd piyada körpüsü, 10 ədəd minik və yanalma meydançaları quraşdırılıb, 32 ədəd svay vurulub.

Hazırda bloklar və aralıq seksiyaların bərkitmə işləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti