...

"PAŞA Həyat" ölən neftçilərin ailələrinə kompensasiya ödəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 İyun 2016 11:33 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

"PAŞA Həyat" sığorta şirkəti Xəzər dənizindəki "Günəşli" yatağında baş vermiş yanğın nəticəsində ölən və itkin düşən neftçilərin ailələrinə kompensasiya ödənişinə başlayıb.

Trend-in məlumatına görə, bunu jurnalistlərə şirkətin İdarə Heyətinin sədri Mürsəl Rüstəmov deyib.

Onun sözlərinə görə, sığora şirkəti təqdim edilmiş sənədlər üzrə bir sıra ödənişlər edib: "Sığorta ödənişlərinin məbləği müxtəlifdir. Bizə təqdim edilmiş sənədlər üzrə 12-13 ödəniş etmişik. Bu istiqamətdə işlər davam etdiriləcək".

Qeyd edək ki, "Günəşli" yatağında yanğın dekabrın 4-də baş vermişdi. Hadisə nəticəsində 33 nəfər xilas edilib, 14 neftçinin cəsədi tapılıb, 16-sı isə tkin düşmüş hesab edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti