...

DB Azərbaycanda problemli kreditlərin azaldılması üzərində işləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2016 11:28 (UTC +04:00)
Dünya Bankı (DB) Azərbaycanın bank sektorunda problemli kreditlərin sayını azaltmaq üçün ölkə hökuməti ilə işləyir.
DB Azərbaycanda problemli kreditlərin azaldılması üzərində işləyir

Bakı. Azad Həsənli - Trend:

Dünya Bankı (DB) Azərbaycanın bank sektorunda problemli kreditlərin sayını azaltmaq üçün ölkə hökuməti ilə işləyir.

Bunu Trend-ə DB-nin Cənubi Qafqaz üzrə regional direktoru Mersi Tembon deyib.

Onun sözlərinə görə, Hazırda DB maliyyə sektoruna texniki dəstək göstərir: "Bunun üçün bizim bank sektorunun inkişafı üzrə çalışan müvafiq komandamız var. Bildiyiniz kimi, hökumət manatın üzən məzənnə rejiminə keçib, həmçinin ölkədə devalvasiya (2015-cı ilin fevral və dekabr aylarında) baş verib və nəticədə səkkiz bank likvidlik problemləri üzündən bağlanıb.

M.Tembon qeyd edib ki, buna görə də DB hökumətlə problemli kreditlərin həcmini azaltmağa kömək etmək üçün çalışır: "Bu öz növbəsində, likvidlik çatışmazlığı problemini azaltmağa imkan verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti