...

Azərbaycanda sənaye parklarına qoyulacaq sərmayələrin həcmi açıqlandı (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2016 12:05 (UTC +04:00)
Azərbaycanın sənaye parkları və məhəllələrinə 1,1 milyard manatdan çox sərmayə qoymaq planlaşdırılır.
Azərbaycanda sənaye parklarına qoyulacaq sərmayələrin həcmi açıqlandı (YENİLƏNİB)

Bakı. Azad Həsənli - Trend:

Azərbaycanın sənaye parkları və məhəllələrinə 1,1 milyard manatdan çox sərmayə qoymaq planlaşdırılır.

Trend-in məlumatına görə, bunu iqtisadiyyat naziri Şahin Mustafayev 2016-2020-ci illər üçün BMT-Azərbaycan çərçivə sazişinin imzalanması mərasimində deyib.

Onun sözlərinə görə, 17 sahibkar 180 milyon manat dəyərində layihələrin reallaşdırılması çərçivəsində təşviqat sənədləri alıb.

Ş.Mustafayev qeyd edib ki, bu tədbirlər minlərlə iş yerinin açılmasına imkan verəcək.

Nazir əlavə edib ki, eyni zamanda ölkədə yeni istehsal sahələri yaranacaq, məsələn, dərman istehsalına başlanılacaq.

Ş.Mustafayev 2016-2020-ci illəri əhatə edən yeni çərçivə əməkdaşlıq proqramına toxunaraq qeyd edib ki, yeni proqram 3 istiqamətə şamil olunacaq: "Davamlı və inklüziv iqtisadi inkişafın təşviqi, institusional potensialın, səmərəli ictimai və sosial xidmətlərin gücləndirilməsi, ətraf mühitin idarə edilməsinin modernləşdirilməsi, risklər və təbii kataklizmlərə qarşı davamlılığın artırılmasına dəstəyin verilməsi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti