...

Tahir Rzayev: Bu, bölgələrdəki sahibkarların Bakıya axınının qarşısını alır

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 İyul 2016 16:14 (UTC +04:00)
Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafını daim diqqətdə saxlayıb və bu proses davam edir.
Tahir Rzayev: Bu, bölgələrdəki sahibkarların Bakıya axınının qarşısını alır

Bakı. Samir Əli - Trend:

Prezident İlham Əliyev ölkədə sahibkarlığın inkişafını daim diqqətdə saxlayıb və bu proses davam edir.

Bu barədə Trend-ə açıqlamasında millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, dövlət başçısının bu istiqamətdə atdığı addımların məqsədi ölkənin neft sektorundan asılılığını azaltmaq, qeyri-neft sektorunun inkişafını gücləndirməkdir: "Bu inkişaf davam etdirilməlidir. Bu gün kənd təsərrüfatı və sahibkarlığın inkişafı paralel aparılır. Nəticədə sahibkarlığın inkişafı kənd təsərrüfatı mallarının istehsalının və ixracının artmasına gətirib çıxarır. Bu belə də olmalıdır. Bu proses həm əhalinin işlə təminatını sürətləndirəcək, həm yerlərdə insanların maddi rifahının yaxşılaşmasına kömək edəcək. Dövlət başçısının bu addımı yerlərdə inkişafa bir stimuldur. Bu, bölgələrdə sahibkarlıqla məşğul olanların Bakıya axınının qarşısını alır. Prezident İlham Əliyev Nazirlər Kabinetinin iclasında da qeyd etdi ki, sahibkarlara yardım etmək lazımdır ki, bölgələrdə sahibkarlıq inkişaf etsin. Dövlət başçısı iclasda bu il sahibkarlara ayrılan məbləği də açıqladı".

Millət vəkili deyir ki, sahibkarlara ayrılan bu vəsaitlər yerlərdə təyinatı üzrə istifadə olunmalı, sahibkarlıq maksimum inkişaf etdirilməlidir: "Sahibkarlığın inkişafı vacibdir və bu gəlir gətirən sahədir. Artıq taxıl biçini başa çatıb, bir neçə gündən sonra pambıq yığımı başlanacaq. Buna görə də ayrılan vəsaitlər səmərəli istifadə olunmalıdır. Bu gün ölkədə heyvandarlğın inkişafı ilə bağlı böyük tədbirlər görülür. Xaricdən cins inəklər gətirilir, başqa işlər görülür ki, orta sahibkarlıq inkişaf etdirilsin. Dövlət başçısının da məqsədi budur. Bu addım da ölkədə çox müsbət nəticəsini verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti