...

Heydər Əliyev adına Neft Emalı Zavodunda Bitum qurğusunun tikintisinə başlanılıb (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 2 Avqust 2016 18:53 (UTC +04:00)
Avqustun 2-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb.
Heydər Əliyev adına Neft Emalı Zavodunda Bitum qurğusunun tikintisinə başlanılıb (FOTO)

Bakı. Trend:

Avqustun 2-də SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda bu müəssisənin yenidənqurma və modernizasiya layihəsinin reallaşdırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Avstriyanın “Poerner” şirkəti ilə yeni bitum qurğusunun inşası üzrə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) müqaviləsi imzalanıb.

Trend SOCAR-ın saytına istinadən xəbər verir ki, SOCAR-ın vitse-prezidentləri Tofiq Qəhrəmanov və David Məmmədov, “Poerner” şirkətinin sahibi və baş icraçı direktoru Andreas Poerner, Müqavilələr və kommersiya məsələləri üzrə vitse-prezidenti Roland Stickler, Avstriyanın Azərbaycandaki səfirliyinin məsul nümayəndəsi xanım Ute Friessner mərasimdə iştirak ediblər.

Zavodda aparılan rekonstruksiya və modernizasiyası işləri barədə məlumat verən vitse-prezident T.Qəhrəmanov layihə çərçivəsində istismara veriləcək ilk qurğu-Bitum istehsalı qurğusu üzrə müqavilənin imzalanmasının əhəmiyyətini qeyd edib, bunun keçmiş “Azərneftyağ” NEZ-in mövcud infrasturkturunun tamamilə istismardan çıxarılmasına, H.Əliyev adına NEZ-in istismar xərclərinin optimallaşdırılmasına imkan verəcəyini, yüksək keyfiyyətli bitum istehsalına və Bakının ekoloji durumun yaxşılaşdırılmasına kömək edəcəyini bildirib.

“Poerner” şirkətinin baş direktoru Andreas Poerner SOCAR ilə əməkdaşlıq əlaqələrinin inkişafı üçün növbəti imkanın yaranmasından məmnun olduğunu söyləyib, yeni bitum qurğusunun inşası məqsədilə detallı layihələndirmə, satınalma və tikintinin idarə edilməsi (EPCm) işlərinin həyata keçirilməsi üçün bu sahədə qabaqcıl təcrübəyə malik “Poerner” şirkətinin seçilməsindən qürur duyduğunu vurğulayıbr. Bildirilib ki, illik istehsal gücü 400 min ton olan yeni Bitum qurğusunun 2018-ci ilin ortalarında istismara verilməsi nəzərdə tutulur.

Müqaviləni H.Əliyev adına NEZ-in direktoru Elman İsmayılov və “Poerner” şirkətinin baş direktoru Andreas Poerner imzalayıblar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti