...

Bakıda təyyarələrin yığılması üzrə zavod açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Avqust 2016 02:44 (UTC +04:00)
Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq
Bakıda təyyarələrin yığılması üzrə zavod açılacaq

Bakı. Trend:

Bakıda təyyarələrin yığılması üzrə zavod və helikopter texnikasının müasirləşdirilməsi mərkəzi açılacaq. Trend-in "RİA Novosti"-yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federasiyası Baş nazirinin müavini Dmitri Roqozin bildirib.

Roqozin həmçinin qeyd edib ki, Azərbaycan MS-21 təyyarəsi ilə maraqlanır.

"Ən azı 10 rusiya təyyarəsinin alınmasına dair müqavilə 2017-ci ildə imzalana bilər", - deyə Baş nazirinin müavini bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti