...

Binəqədi sahibkarlarından investisiya layihələrinin qəbuluna start verildi

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2016 12:25 (UTC +04:00)
İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.
Binəqədi sahibkarlarından investisiya layihələrinin qəbuluna start verildi

Bakı. Trend:

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu Binəqədi rayonunda sahibkarlardan prioritet hesab olunan sahələr üzrə investisiya layihələrinin qəbuluna başlayır.

Bu barədə Trend-ə Nazirlikdən məlumat verilib.

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2016-cı il avqustun 9-da Binəqədi rayonunda işgüzar forum keçirib.

Sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib:

- ixtisaslaşdırılmış “yaşıl market”in yaradılması;
- istixana təsərrüfatlarının yaradılması;
- ət kəsimi, üzlük daşların, plastik qablar və corab istehsalı müəssisələrinin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Sahibkarlığa Kömək Milli Fonduna müraciət edə bilərlər.

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172
Telefon: (012) 434-74-29
Faks: (012) 432-37-17
e-mail: [email protected]

Məqalədə:
Xəbər lenti

Xəbər lenti