...

Palata: "Odlar Yurdu Sığorta Brokeri"də qanunvericilik tələblərinə riayət edilməməsi aşkarlanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 Avqust 2016 14:39 (UTC +04:00)
Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.
Palata: "Odlar Yurdu Sığorta Brokeri"də qanunvericilik tələblərinə riayət edilməməsi aşkarlanıb

Bakı. Trend:

Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) sığorta bazarının maliyyə dayanıqlığının artırılması və istehlakçıların hüquqların qorunması istiqamətində yoxlamalar və monitorinqlər həyata keçirməkdə davam edir.

Palatadan Trend-ə verilən məlumata görə, MBNP özünün mandatı çərçivəsində “Odlar Yurdu Sığorta Brokeri” MMC tərəfindən sığorta qanunvericiliyinin tələblərinə əməl olunmasının müəyyənləşdirilməsi məqsədilə yoxlama tədbirləri həyata keçirib. Yoxlama nəticəsində sözügedən cəmiyyətdə müqavilələrin rəsmiləşdirilməsi zamanı qanunvericilik tələblərinə riayət edilməməsi, icbari sığorta müqavilələrinin qanunazidd olaraq endirimlə istehlakçılara təqdim edilməsi, o cümlədən istehlakçılar qarşısındakı vəzifələrin tam icra olunmaması və digər nöqsanlara yol verilməsi faktları aşkar edilib.

Aşkar edilmiş nöqsanların aradan qaldırılması məqsədilə MBNP tərəfindən “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq müvafiq tələblər formalaşdırılmış və “Odlar Yurdu Sığorta Brokeri” MMC-yə təqdim edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti