Bakı. İlahə Məmmədli - Trend:
2017-ci il yanvarın 1-dən Azərbaycanda gəlirlərin könüllü açıqlanmasına başlanılacaq.
Bunu Trend-ə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.
Onun sözlərinə görə, bu yenilik gəlirlərini könüllü qaydada açıqlamaq və hesablanmış vergiləri ödəmək niyyətində olan vergiödəyicilərin məsuliyyətdən azad edilməsini nəzərdə tutur.
N.İmanov qeyd edib ki, bu gizli gəlirlər vergi orqanları tərəfindən aşkar edilərsə, 50 faiz həcmində maliyyə sanksiyası və cərimə (hər günə görə 0,1 faiz) tətbiq edilir.
Hazırda əlavə dəyər vergisi üzrə elektron bəyannamənin səviyyəsi 99 faizi ötür, ümumilikdə isə bütün vergilər üzrə könüllü bəyanetmə səviyyəsi 70 faizə çatır.
Azərbaycanda hazırda 700 mindən çox vergiödəyici var, bunun 75 806-sı 2016-cı ilin yanvar-avqust aylarında qeydiyyata alınıb.