...

Azərbaycanda vergi barədə məlumat verənləri pul mükafatı gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 8 Sentyabr 2016 17:56 (UTC +04:00)
Azərbaycanda vergitutma sahəsində pozuntular barədə məlumat verən vətəndaşlara pul mükafatının verilməsi planlaşdırılır.
Azərbaycanda vergi barədə məlumat verənləri pul mükafatı gözləyir

Bakı. İlahə Məmmədli- Trend:

Azərbaycanda vergitutma sahəsində pozuntular barədə məlumat verən vətəndaşlara pul mükafatının verilməsi planlaşdırılır.

Bunu Trend-ə Vergilər Nazirliyinin Vergi Siyasəti və Strateji Araşdırmalar Baş İdarəsinin Vergi Siyasəti İdarəsinin rəisi Nicat İmanov deyib.

Onun sözlərinə görə, vergidən yayınma sahəsində pozuntular barədə məlumatın doğruluğu təsdiqedici sənədlər, video və ya fotomateriallarla əsaslanmalıdır.

N.İmanov qeyd edib ki, qəbul edilmiş dünya təcrübəsinə əsasən, mükafat məbləği pozuntular barədə məlumatın verilməsi ilə bağlı dövlət büdcəsinə daxil olmuş məbləğin təqribən 10 faizini təşkil edəcək.

Şantaj faktlarının qarşısını almaq üçün pozuntu barədə məlumat verən şəxsə qarşı müəyyən tələblər irəli sürüləcək.

O əlavə edib ki, vətəndaş barədə məlumat məxfi informasiyaya aid ediləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti