...

Azərbaycan tikinti materiallarının idxalını azaltmaq niyyətindədir

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Sentyabr 2016 15:11 (UTC +04:00)
DFT-nin (Deutsche Fassaden Technologien) fasad məhsullarının istehsalı zavodunun istismara verilməsi bu məhsulların idxalının azalmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.
Azərbaycan tikinti materiallarının idxalını azaltmaq niyyətindədir

Bakı. Hüseyn Vəliyev – Trend:

DFT-nin (Deutsche Fassaden Technologien) fasad məhsullarının istehsalı zavodunun istismara verilməsi bu məhsulların idxalının azalmasına və yeni iş yerlərinin yaradılmasına xidmət edir.

Trend-in məlumatına görə, bunu İqtisadiyyat Nazirliyinin sənaye şöbəsinin direktoru Səməd Bəşirli DFT-nin zavodunun açılışında deyib.

Onun sözlərinə görə, tikinti məhsullarının istehsalı daxili bazarın tələbatının ödənilməsi baxımından vacibdir.

S.Bəşirli hesab edir ki, bu istiqamətin inkişafı iqtisadiyyatın digər sahələrində xüsusilə plastik maddələrin istehsalı və kimya, metallurgiya və s. sahələrdə tələbatın formalaşmasında mühüm rol oynayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti