...

Azərbaycan sığortaçılarına əməyin mühafizəsi fonduna qoşulmaq təklif edilib (YENİLƏNİB)

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Oktyabr 2016 13:04 (UTC +04:00)
Azərbaycanın sığorta şirkətləri ölkədə əməyin mühafizəsi fondunun yaradılmasına yardım etməlidir.
Azərbaycan sığortaçılarına əməyin mühafizəsi fonduna qoşulmaq təklif edilib  (YENİLƏNİB)

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov – Trend:

Azərbaycanın sığorta şirkətləri ölkədə əməyin mühafizəsi fondunun yaradılmasına yardım etməlidir.

Trend-in məlumatına görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov jurnalistlərə deyib.

O bildirib: "Biz hesab edirik və hətta müvafiq layihələr hazırlamışıq ki, sığorta şirkətləri öz sığorta yığımlarının bir hissəsi hesabına əməyin mühafizəsi üzrə fondu yarada bilər. Fondun yaradılması bu sahədə qanunvericiliklə bağlı məsələni həll etməyə kömək edəcək".

S.Müslümov qeyd edib ki, işəgötürənlər tərəfindən əməyin təhlükəsizliyi normalarına riayət edilməməsi səbəbindən son zamanlar istehsalatda insidentlər və bədbəxt hadisələr çoxalıb ki, bu da sığorta şirkətlərinin kompensasiya ödəmələrinə səbəb olur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti