...

Asiya İnkişaf Bankının vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Noyabr 2016 10:36 (UTC +04:00)
Bakıda qurumun 50 illiyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək
Asiya İnkişaf Bankının vitse-prezidentinin Azərbaycana səfəri gözlənilir

Bakı. Ənvər Məmmədov - Trend:

Noyabrın ortalarında Asiya İnkişaf Bankının (AİB) əməliyyat məsələləri üzrə vitse-prezidenti Vensay Janqın Bakıya səfəri gözlənilir. Bu barədə Trendə AİB-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nəriman Mannapbekov məlumat verib.

Onun sözlərinə görə, vitse-prezidentin səfərinin dəqiq tarixi və gündəliyi məlum deyil.

Səfər çərçivəsində qurumun 50 illiyinə həsr olunmuş mətbuat konfransı keçiriləcək.

AİB 1966-cı ildə yaradılıb və 67 üzvü var.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti