...

İlin ən güclüləri “Bomba” qazanacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Fevral 2017 16:05 (UTC +04:00)

Bakı. Trend:

Son illər Azərbaycanın internet məkanında sosial şəbəkələrin populyarlığının artdığının şahidiyik. Həmçinin medianın da bu platformada təmsil olunması, geniş kütlənin marağına səbəb olan mövzuların işıqlandırılması, diqqət çəkən layihələrin təqdimatı və s. sosial şəbəkələri ünsiyyət vasitəsi müstəvisindən çıxararaq daha geniş orbiti zəbt etməsinə təkan verib.

Bunları nəzərə alaraq Azərbaycanda "Azər Türk Bank"ın da sponsoru olduğu “Bomba” sosial media mMükafatı layihəsi həyata vəsiqə alıb.

Yenilikçi və innovativ bank olan "Azər Türk Bank" layihədə iştirak etməklə korporativ şirkət və təşkilatların sosial mediada aktivliyinin stimullaşdırılmasına dəstək vermək niyyətindədir. Layihənin məqsədi son 1 ildə sosial şəbəkələrdəki korporativ səhifələrində çoxsaylı izləyici diqqətinə səbəb olmuş paylaşımlar etmiş şirkət və təşkilatları müəyyənləşdirərək mükafatlandırmaqdır. İlin ən güclüləri "Bomba" Akademiyası tərəfindən seçiləcək. Qaliblərin mükafatlandırılması mərasimi 11 fevral 2017-ci il tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçiriləcək.

Bununla bağlı "Azər Türk Bank" bu mərasimə dəvətnamə qazanmaq istəyənlər üçün müsabiqə elan edir. Müsabiqənin şərtləri belədir:

"Azər Türk Bank"ın "facebook" və ya "instagram"dakı rəsmi korporativ səhifələrindəki postları qalib olmaq istəyən izləyici öz səhifəsində bir neçə dəfə paylaşım etməlidir.

Bankın rəsmi "facebook" və "instagram" səhifəsinə maksimum çox dostlarını dəvət etməlidir.
“Azər Türk Bankla #Bomba müsabiqəsində mən .....” cümləsini kreativ şəkildə tamamlamalıdır.

Qalib olmaq üçün etdiyiniz paylaşımları və Bankın rəsmi "facebook" və "instagram" səhifəsinə dəvət etdiyiniz dostlarınızın şəkillərini "print screen" edərək [email protected] e-poçt ünvanına göndərə bilərsiniz, həmçinin qeyd edilmiş email ünvanına suallarınızı yaza bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti