...

Sahibkarların maarifləndirilməsi uğurla davam etdirilir (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Fevral 2017 17:00 (UTC +04:00)
Bu gün "BSC Consulting & Outsourcing" Şirkəti müxtəlif şirkət nümayəndələri və sahibkarlarla növbəti görüşünü keçirmişdir.
Sahibkarların maarifləndirilməsi uğurla davam etdirilir (FOTO)

Bakı. Trend:

Bu gün "BSC Consulting & Outsourcing" Şirkəti müxtəlif şirkət nümayəndələri və sahibkarlarla növbəti görüşünü keçirmişdir. Son zamanlar dünyada baş verən iqtisadi dəyişikliklərə baxmayaraq, Azərbaycanın istər siyasi, istərsə də iqtisadi həyatında yeni-yeni nailiyyətlər əldə edilmiş, həmçinin sahibkarlığın müxtəlif sahələrində də fəaliyyət dairəsi genişlənmişdir. Bu sahədə xüsusi rolu olan “BSC Consulting & Outsourcing Şirkəti” sahibkarlığa dəstək istiqamətində maarifləndirmə məqsədilə növbəti tədbirini keçirdi.

Bildiyimiz kimi, kiçik və orta sahibkarlığın stimullaşdırılması, pərakəndə ticarətdə rəqabət mühitini təmin edilməsi və vergi yükünü optimallaşdırılması məqsədilə Azərbaycan Respublikasının Vergi Məcəlləsinə bəzi dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin izahı məqsədilə "BSC Consulting & Outsourcing" şirkətində müxtəlif şirkət nümayəndələri ilə görüş keçirildi. Tədbirdə iştirak edən "BSC Consulting & Outsourcing" şirkətinin rəhbəri İkram Mütəllimov açılış nitqində Vergi Məcəlləsində nəzərdə tutulan “vergi güzəştləri və azadolmalarla” bağlı dəyişikliklərin vergi ödəyicilərinin vergi yükünün azaldılmasına, onların dövriyyə vəsaitlərindən səmərəli istifadə etmələrinə şərait yaradacağını, sahibkarlığın inkişafına dəstək verəcəyini vurğuladı.

BSC Consulting & Outsourcing Marketing Departamentinin Direktoru Tural Abbaslı, şirkətin 20 illik fəaliyyəti gördüyü işlər və uğurları barədə görüş iştirakçılarına ətraflı məlumatlar verdi.

Daha sonra "BSC Consulting & Outsourcing"in maliyyə işləri üzrə aparıcı mütəxəssisi Günel Adıgözəlova məcəlləyə edilmiş mühüm dəyişikliklər haqqında geniş izahlı təqdimatla çıxış etdi.

Tədbirdə nağd və nağdsız hesablaşmalar, sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması məsələsi, kənd təsərrüfatı məhsullarının pərakəndə satışı zamanı ƏDV-nin ticarət əlavəsindən hesablanması vəs. müzakirə olundu. Qeyd olundu ki, sahibkarlıq fəaliyyəti subyektləri arasında malların, işlərin və xidmətlərin təqdim edilməsi zamanı elektron qaimə-fakturanın təqdim olunması tələbi ƏDV ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi 200 min manatdan artıq olan ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün 2017-ci ilin aprelindən, bütün digər vergi ödəyiciləri üçünsə 2018-ci ilin yanvarından qüvvəyə minəcək. Vergi Məcəlləsinə edilmiş bu dəyişikliklər sahibkarlar arasında aparılan əməliyyatların rəsmiləşməsi prosedurunun sadələşməsinə, operativliyinin təmin edilməsinə, inzibatçılıq xərclərinin azaldılmasına, sahibkarların xərclərini təsdiq edən sənədlərə malik olmaqla gələcəkdə vergi orqanları ilə fikir ayrılıqlarının qarşısının alınmasına və şəffaflığın təmin olunmasına xidmət edəcək.

Daha sonra isə Maliyyə Departamentinin rəhbəri Arzu Xəlilova sahibkarların suallarını cavablandıraraq Vergi Məcəlləsində olunmuş bəzi dəyişikliklər ətrafında tədbir iştirakçıları ilə geniş müzakirələr aparıldı.

Artq 20 ildir öz sektorunda fəaliyyət göstərən “BSC Consulting & Outsourcing Company” öz xidmətləri ilə böyük müştəri məmnuniyyəti qazanmışdır. Maliyyə, mühasibatlıq, insan resursları, hüquq və marketinq sahəsində xüsusi ixtisaslaşmış komanda ilə fəaliyyət göstərən Business Service Center autsoursinq ənənsinin formalaşmasında xüsusi rol oynayır. 20 il ərzində 40 – dan çox daimi müştəri qazanaraq öz xidmətlərini təqdim edən şirkət, bu müddət ərzində böyük komandası ilə yüzlərlə müxtəlif tipli şirkətlərə də öz dəstəyini göstərmişdir. Satışın hüquqi tənzimlənməsi, debutor-kreditor borclar üzrə fəaliyyətin qurulması və izlənilməsi, iş yükünün dəyərləndirilməsi, müasir maliyyə-mühasibatlıq sisteminin qurulması və icrası kimi bir çox xidmətləri ilə bütün biznes sferasına xidmət göstərən “BSC Consulting & Outsourcing Company” öz xidmətlərini sizə təqdim etməkdən böyük məmnunluq duyur. Şirkətin fəaliyyəti, müştəri portfeli haqqında daha ətraflı məlumatı isə http://www.bsc.az/ ünvanından əldə edə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti