Bakı. Azad Həsənli - Trend:
Azərbaycan İtaliya ilə sənaye, kənd təsərrüfatı, əczaçılıq, informasiya və kommunikasiya texnologiyaları və turizm sahələrində əməkdaşlıqda maraqlıdır.
Trend-in məlumatına görə, bunu jurnalistlərə Bakıda Azərbaycan-İtaliya biznes-forumu çərçivəsində iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov deyib.
Nazir müavini Azərbaycanda turizm potensialının ildən-ilə artdığını deyib:
“Biz həmçinin, sənayeləşmə sahəsində də ciddi işlər həyata keçiririk. Azərbaycanda xarici investorlar üçün əlverişli biznes-mühit yaradılıb, biz investisiyaların təşviqi ilə bağlı yeni mexanizmlər təqdim edirik. Ölkələrimiz arasında əməkdaşlıq üçün böyük potensial var, bunu İtaliya tərəfi də təsdiq edib”.