...

"Atlet-24" kran gəmisi Xəzər Dəniz Neft Donanmasının sıralarına qayıtdı (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2017 10:53 (UTC +04:00)
“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb.
"Atlet-24" kran gəmisi Xəzər Dəniz Neft Donanmasının sıralarına qayıtdı (FOTO)

Trend-i buradan izləyin

Bakı. Trend:

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin Xəzər Dəniz Neft Donanmasının balansında olan 40 tonluq “Atlet-24” kran gəmisi “Bibiheybət” Gəmi Təmiri Zavodunda əsaslı təmirdən çıxıb.

QSC-dən Trend-ə verilən məlumata görə, keçən ilin noyabrından başlanan təmir müddətində gəminin sualtı və suüstü hissələrinin təmizlənməsi, rənglənməsi həyata keçirilib. Hərəkət-sükan kompleksi, dib-yan armaturları və protektor qurğuları sazlanıb. Gövdənin yararsız hissələri dəyişdirilib. Baş və köməkçi mühərriklərin nasosları, seperatorlar, boru sistemləri, kayutlar və sair yüksək keyfiyyətlə təmir olunub.

Qeyd edək ki, təmir üçün lazımi detallar “Bibiheybət” Gəmi Təmiri Zavodunun Mexaniki təmir bölməsinin Torna sahəsində hazırlanıb. Avadanlıqların işləkliyinə bir daha əmin olmaq üçün gəmi dəniz sınağından keçiriləcək.

Xatırladaq ki, “Atlet-24” kran gəmisi 1990-cı ildə Polşada inşa edilib. Uzunluğu 63,8 metr, eni 15 metr olan gəmi 1520 at gücünə malik mühəriklə təchiz olunub və surəti 11,24 uzeldir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti