...

Bank Respublika və Rabitəbank ATM şəbəkəsini birləşdirib

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 May 2017 19:23 (UTC +04:00)
Bank Respublika-nın bütün əməkhaqqı kart istifadəçiləri Rabitəbank ATM-lərindən vəsaiti 0% komissiya ilə nağdlaşdıra bilərlər.
Bank Respublika və Rabitəbank ATM şəbəkəsini birləşdirib

Bakı. Trend:

Müştəri məmnuniyyətini düşünərək, bu addım kart istifadəçiləri üçün çox sərfəli və rahat şərtlərlə vəsaitlərini iki bankın ATM şəbəkəsi vasitəsi ilə nağdlaşdırmağa imkan yaradır.

İndi Bank Respublika-nın bütün əməkhaqqı kart istifadəçiləri Rabitəbank ATM-lərindən vəsaiti 0% komissiya ilə nağdlaşdıra bilərlər. Bankın digər kartları ilə nağdlaşdırma zamanı 1% komissiya tutulacaq.

Beləliklə, iki bankın birləşməsi nəticəsində ATM şəbəkəsində bankomatların sayı 90-ı keçmişdır. Ölkənin aparıcı banklarının bankomat şəbəkələrinin birləşməsi kart məhsullarını istehlakçılar üçün daha cəlbedici edəcək və onların bağlılığını daha da artıracaq.

Bu gün ATM şəbəkələrinin birləşməsi xidmət infrastrukturunun genişləndirilməsinə və müştərilərin rahatlığına xidmət edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti