...

İyunda dənizlə daşımaların həcmi artıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 İyul 2017 18:07 (UTC +04:00)
Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.
İyunda dənizlə daşımaların həcmi artıb

Bakı. Trend:

Ötən ay “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin gəmiləri ilə daşınan yüklərin həcmi çoxalıb.

QSC-dən Trend-ə verilən məlumata görə, artım tendensiyası həm maye, həm də quru yüklərdə qeydə alınıb.

Hesabat dövründə 1542 avtomaşın daşınıb. Bunlardan 682-si Ro-Ro, 859-u isə bərə daşımalarının payına düşür. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 146 ədəd çoxdur.

Hesabata görə, ötən ay dəniz nəqliyyatı ilə 4200 vaqon daşınıb. Keçən ilin eyni dövründə həmin rəqəm 2758 olub.

Əlavə edək ki, sözügedən dövrdə ümumilikdə 348 522 ton maye, 93 463.3 ton quru yüklər daşınıb.

2017-ci ilin iyununda dəniz nəqliyyatından istifadə edən sərnişinlərin sayında da artım baş verib. Belə ki, ay ərzində 1520 sərnişin daşınıb. Bu da ötən ilin eyni dövrünün göstəricilərinə görə QSC-yə məxsus gəmilərdən 117 nəfər çox sərnişinin istifadə etdiyini göstərir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti