Sabah Xızıda Macarıstanla birgə istilik kompleksinin təməli qoyulacaq

Bakı. Azad Həsənli - Trend:
Sabah Xızıda “CTC Holding” tərəfindən Macarıstan şirkətləri ilə birgə tikilən istilik kompleksinin təməlqoyma mərasimi keçiriləcək.
Trend bu barədə Macarıstanın Azərbaycandakı səfirliyinə istinadən məlumat verir.
İstilik kompleksi 210 min kvadrat metr ərazidə yerləşəcək. Onun dəyəri isə 17,2 milyon avro təşkil edəcək.
Qeyd edək ki, layihəni Macarıstanın “EXİM Bank”ı maliyyələşdirir.