...

BVF: Azərbaycanın bank sektorunda restrukturizasiya davam etdirilməlidir

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Sentyabr 2017 19:45 (UTC +04:00)

Bakı. Ənvər Məmmədov - Trend:

Azərbaycan bank sektorunda restrukturizasiyanı davam etdirməlidir.

Trend-in məlumatına görə, bunu bu gün mətbuat konfransında Bakıda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) Orta Şərq və Mərkəzi Asiya Departamentinin direktoru Cihad Azur deyib.

Onun sözlərinə görə, bu prosesdən ölkə iqtisadiyyatının bərpası asılıdır:

"Biz Azərbaycan Beynəlxalq Bankı və ümumiyyətlə bütün bank sektorunda restrukturizasiya məsələsini maliyyə naziri ilə, eləcə də Maliyyə Bazarlarına Nəzarət Palatası və Mərkəzi Bank rəhbərliyi ilə görüşdə müzakirə etmişik. Hesab edirik ki, Azərbaycan hökuməti problemli banklarla bağlı məsələni həll etmək üçün ciddi addımlar atıb. Bank sektorunun restrukturizasiyası onun davamlılığına müsbət təsir göstərəcək, maliyyə və bank sektoruna olan inamı artıracaq və büdcə risklərini azaldacaq. Paralel şəkildə də bank sahəsində fəaliyyətə dəstək göstərmək lazımdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti