...

İlin sonuna qədər Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Sentyabr 2017 20:58 (UTC +04:00)
İlin sonuna qədər Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması planlaşdırılır.
İlin sonuna qədər Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi açılacaq

Stavropol. Elçin Mehdiyev, Azad Həsənli - Trend:

İlin sonuna qədər Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyinin açılması planlaşdırılır.

Trend-in məlumatına görə, bu barədə Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin Stavropolda Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayevlə görüşü zamanı deyib.

M.Oreşkin qeyd edib ki, son zamanlar iki ölkənin biznes nümayəndələrinin görüşləri artıb:

"Bu şəraitdə mövcud ixraca dəstək mexanizmlərinin effektivliyini artırmağı planlaşdırırıq. Söhbət ilk növbədə Rusiya İxrac Mərkəzindən gedir".

Bir qədər əvvəl bildirilmişdi ki, Bakıda Rusiya İxrac Mərkəzinin nümayəndəliyi 2018-ci ildə açılmalıdır.

Xəbər lenti

Xəbər lenti