...

"MasterCard" istifadəçiləri üçün qiymətsiz imtiyazlar

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Noyabr 2017 17:54
Xalq Bankın MasterCard plastik kartlarının sahibləri MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən istifadəyə verilən “Priceless Specials” platformasının üstünlüklərindən faydalana bilərlər.
"MasterCard" istifadəçiləri üçün qiymətsiz imtiyazlar

Trend-i buradan izləyin

Bakı. Trend:

Xalq Bankın MasterCard plastik kartlarının sahibləri MasterCard beynəlxalq ödəniş sistemi tərəfindən istifadəyə verilən “Priceless Specials” platformasının üstünlüklərindən faydalana bilərlər.

Bankdan Trend-ə verilən məlumata görə, bu xüsusi proqram “MasterCard”/”Maestro” kart sahibləri üçün kafe, restoran, hotel, mağaza, SPA mərkəzləri kimi müxtəlif tərəfdaş şirkətlər tərəfindən təklif olunan imtiyazları bir araya gətirir. “Priceless Specials” bu kartlara sahib olmağın möhtəşəm üstünlüklərindən biridir. Proqramın təqdim etdiyi sürprizlər sayəsində MC kart sahibləri xüsusi imkanlardan faydalanacaq - alış-veriş və iaşə obyektlərində imtiyazlar, ən maraqlı şou və idman tədbirləri, habelə ən mötəbər hotellərdə qonaqlanma və məcara dolu gəzintiləri daha da özəl və unudulmaz edəcək. “Priceless Specials” proqramı çərçivəsində kart sahiblərinə təqdim olunan güzəşt, endirim və xüsusi imtiyazlar haqda geniş məlumatı, eləcə də proqramda iştirak edən tərəfdaş şirkətlərin siyahısını www.mastercard.az saytında əldə etmək olar.

Xalq Bank 2011-ci ildən MasterCard beynəlxalq ödəniş sisteminin prinsipial üzvüdür. 2017-сi ildə “Xalq Bank” Azərbaycanda “World Mastercard Black Edition” kartını istifadəyə verən ilk bank olmuşdur. MC Debit, MC Standard, MC Business və MC Gold kartları Xalq Bankın istənilən filialında pulsuz təqdim edilir. Xalq Bankın kartları haqda ətraflı məlumatı www.xalqbank.az saytında və ya 138 Məlumat Mərkəzinə zəng edib əldə etmək olar.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti