...

Zakir Nuiryev: 2017-ci ili Azərbaycan bankları üçün uğurlu hesab etmək olar (FOTO)

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Dekabr 2017 19:01 (UTC +04:00)
2017-ci il Azərbaycanın bank sektoru üçün müəyyən mənada uğurlu il olub.
Zakir Nuiryev: 2017-ci ili Azərbaycan bankları üçün uğurlu hesab etmək olar (FOTO)

Bakı. Azad Həsənli - Trend:

2017-ci il Azərbaycanın bank sektoru üçün müəyyən mənada uğurlu il olub.

Trend-in məlumatına görə, bunu bankların və onların tərəfdaşlarının mükafatlandırılması mərasimində Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev deyib.

Z.Nuriyev bildirib ki, 2017-ci ildə çətinliklərin olmasına baxmayaraq, gələcəkdə qarşıya qoyulan məqsədlərə çatmağa imkan verəcək tədbirləri həyata keçirmək mümkün oldu.

Onun sözlərinə görə, bu il banklar öz kapitalını bərpa edə bildi, bank əməkdaşlarının sayında yenidən artım başladı.

Qeyd edək ki, bu gün Bakıda “Bank mükafatları” mərasimi keçirilir. Nominasiyalar arasında “Korporativ sosial məsuliyyət”, “Qızıl tərəfdaş”, “Media tərəfdaşı” və digər adlar yer alıb.

“Trend” İnformasiya Agentliyi “Media tərəfdaşı” nominasiyasında mükafata layiq görülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti