...

Beynəlxalq Bankın Moskvadakı törəmə şirkətində YENİ TƏYİNAT

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2017 12:20 (UTC +04:00)

Bakı. Azad Həsənli - Trend:

Fərqan Novruzov Azərbaycan Beynəlxalq Bankının törəmə şirkəti “ABB-Moskva”nın Müşahidə Şurasının yeni üzvü təyin edilib.

Trend-in məlumatına görə, F.Novruzov bir il müddətinə Müşahidə Şurasının tərkibində olacaq.

O, bu vəzifədə Fərid Həşimovu əvəz edəcək.

Qeyd edək ki, “ABB-Moskva”nın Müşahidə Şurasının sədri Zuat Qaraisayevdir. Şuraya həmçinin Aqşin Əmirov daxildir.

Xəbər lenti

Xəbər lenti