• Bizim Məhsullar
  • Xəbər terminalı
  • RU
  • AZ
  • EN
  • TR
  • FA
Day.Az Milli.Az
  • Daxil ol
  • Qeydiyyatdan keç
Trend.Az
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Xəbər lenti
  • Siyasət
  • Cəmiyyət
  • Gündəm
    • Dağlıq Qarabağ Münaqişəsi
  • İqtisadiyyat
    • Energetika
    • Biznes və iqtisadiyyat xəbərləri
    • Maliyyə
    • Telekommunikasiya
    • Tender müsabiqələri
    • Turizm
  • Dünya xəbərləri
  • Hadisə
  • İdman
  • Mədəniyyət
  • Trend Photo
  • Daxil ol
  • Qeydiyyatdan keç
  • Əsas səhifə
  • İqtisadiyyat
  • Biznes və iqtisadiyyat xəbərləri

"Bakcell"in LTE şəbəkəsi artıq Azərbaycanın şimal bölgəsində

9 Fevral 2018 17:41 (UTC+04:00)
  • 0
  • 0

Bakı. Trend:

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell özünün 4G LTE şəbəkəsini ölkənin şimal bölgəsində də istifadəyə verib.

Şirkətdən Trend-ə verilən məlumata görə, Bakı şəhəri və Abşeron yarımadası ilə yanaşı ölkənin digər bölgələrində də yüksək sürətli LTE şəbəkəsinin təmin edilməsinə yönəlmiş kompleks tədbirlərin davamı olaraq, Bakcell şirkəti Azərbaycanın şimal bölgəsindəki bir neçə rayon mərkəzində yeni LTE stansiyaları quraşdırıb. "Bakcell"in 4G xidməti artıq Quba, Qusar (Şahdağ ərazisi daxil olmaqla), Xaçmaz, Siyəzən (Qalaaltı ərazisi daxil olmaqla) və Şabran rayonlarının mərkəz hissələrini əhatə edir. Beləliklə, Bakcell abunəçiləri həmin ərazilərdə ən yüksək sürətli mobil internet xidmətlərindən yararlanmaq imkanı əldə ediblər.

“Bakcell”in baş icraçı direktoru Nikolai Beckers bildirib: “Bizim əsas məqsədlərimizdən biri abunəçilərimizi yüksək sürətli mobil internet xidmətləri ilə təkcə paytaxtda yox, bütün ölkə ərazisində təmin etməkdir. Bildiyiniz kimi, 4G şəbəkəmizin Bakı və Abşeron yarımadasının ərazisinin tam əhatə etməsi üzrə işlər başa çatdırıldıqdan sonra Gəncə şəhəri və ətrafında yerləşən ərazilərdə 4G stansiyalarının quraşdırılmasına başladıq və bununla respublikanın bölgələrində LTE şəbəkəmizin işə salınması prosesinə müvəffəqiyyətlə start verdik. Bu yaxınlarda, yəni 2018-ci ilin yanvar ayında Bakcell şirkəti böyük məmnuniyyətlə özünün ultra-sürətli 4G mobil internet xidmətinin Bakı şəhərinin bütün metro stansiyalarında istifadəyə verilməsini elan etdi. Bu gün isə biz LTE şəbəkəsini artıq ölkənin şimal bölgəsində istifadəyə veririk. Bunun sayəsində daha çox Bakcell abunəçisi Azərbaycanda ən yüksək keyfiyyətli müştəri təcrübəsi və ən sürətli mobil şəbəkədən yararlana biləcəklər”.

"Bakcell"in 4G xidməti daim mobil olmaq və olduqları bütün məkanlarda genişzolaqlı internetə yüksək sürətli çıxış əldə etmək istəyən istifadəçilər üçün nəzərdə tutulub.

Qeyd edək ki, 2017-ci ildə mobil rabitə şəbəkələrinin müqayisəli testləri (bençmarkinq) sahəsində beynəlxalq lider və ən etibarlı müstəqil təşkilat olan “P3 Communications” şirkəti tərəfindən Bakcell şəbəkəsi Azərbaycanda “Best in Test” (sınaq nəticələrinə görə ən yaxşı) adına layiq görülüb.

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil internet provayderi Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif edir. Bakcell, Sür@ ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G və 4G mobil internet xidməti göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 012 498 89 89 nömrəsinə zəng etməklə “Bakcell”in xidmətləri haqqında məlumat əldə edə bilərlər.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin

  • Məqalədə:
  • Bakcell
Digər xəbərlər
"Bakcell" və ENGİNET “Təhlükəsiz İnternet günü” ilə bağlı təlimlər keçirib (FOTO)
Telekommunikasiya 14 Fevral 11:16
"Bakcell" abunəçilərinə təqdim olunan eksklüziv endirim və imtiyazlar gündən günə artır (FOTO)
Telekommunikasiya 4 Fevral 17:41
Bakcell və İNNOLAND yerli developerlər üçün tədbir keçirib (FOTO)
Telekommunikasiya 31 Yanvar 16:41
Bakcell “Milli KSM Mükafatı 2018” müsabiqəsinin qalibi olub
Telekommunikasiya 30 Yanvar 22:10
"Bakcell" və "Premium Bank" arasında əməkdaşlıq memorandumu imzalanıb (FOTO)
Telekommunikasiya 24 Yanvar 18:47
“Bakcell”dən 6 bölgənin sakinlərinə 5 GB pulsuz internet
Telekommunikasiya 23 Yanvar 07:08
Xəbər lenti
İstanbul-Bakı aviareysi ilə gələn iki qadın saxlanılıb (FOTO)
Hadisə 11:15
İsmayıllıda marşrut avtobusu 25 yaşlı qızı vurub öldürdü
Gündəm 11:06
Bakıda batut gimnastikası və tamblinq üzrə ilin ilk Dünya Kuboku keçirilir (FOTO)
İdman 10:55
Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılıb
Hadisə 10:50
Milli Gimnastika Arenasında batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunun açılış mərasimi keçirilib (FОТО)
Cəmiyyət 10:30
Mehriban Əliyevanın əzmkar rəhbərliyi sayəsində Azərbaycan gimnastikasına münasibət əsaslı şəkildə dəyişib – Nazir müavini
Siyasət 10:16
Azərbaycanda daha bir medal təsis edilir
Siyasət 10:00
Olimpiya çempionu: Bakıda Dünya Kubokunda bütün gimnastların qələbə üçün eyni şansları olacaq
İdman 09:56
Çində bina çöküb, dağıntılar altında qalanlar var
Dünya xəbərləri 09:43
Ən çox oxunanlar
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Reyhan Camalova Azərbaycanı yenidən təmsil edəcək - ABŞ-da
Azərbaycanda yeni "ASAN Xidmət" mərkəzləri açılacaq (ÖZƏL)
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Balaxanıda sahibsiz itlərə qayğı mərkəzinin açılışında iştirak edib (FOTO)
Mehriban Əliyeva Gimnastika Federasiyasının prezidenti seçildikdən sonra Azərbaycanda bu idman növünün intibah dövrü başladı - Nurlana Məmmədzadə
Nəzər nöqtəsi
Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Andrey İvanov: Rusiyada hakimiyyətin dəyişməsi ilə bağlı kurslar hiyləgər erməni xadimlərin pul qazanmaq istəyidir

Millət vəkili: Tələbələrin təqaüdlərinin artırılması Azərbaycan elminin inkişafında yeni üfüqlər açacaq
Ekspert: Prezident İlham Əliyevin regionlara hər səfəri xalqa xidmətin təzahürüdür
Xocalıda törədilən dəhşətli cinayətə göz yummaq son dərəcə böyük haqsızlıqdır, erməni faşizmini dəstəkləməkdir
Azernews Newspaper
Trend.Az
  • Agentlik haqqında
  • Rəhbərlik
  • Bizim Məhsullar
  • Xəbər terminalı
  • Arxiv
Əlaqələr
AZ1141, Azərbaycan, Bakı şəhəri, Bəxtiyar Vahabzadə küçəsi 14
+(994 12) 497-31-72
news@trend.az
+(994 12) 497-30-89
© 2019 Trend News Agency
İstifadə şərtləri