...

İFC Azərbaycanda ixracyönümlü müəssisələrə investisiya yatırmağa hazırdır (ÖZƏL)

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2018 17:02
Beynəlxalq Maliyyə Korporasiyası (BMK) Azərbaycanın müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində rəqabətqabiliyyətli müəssisələrə investisiya yatırmağa hazırdır.
İFC Azərbaycanda ixracyönümlü müəssisələrə investisiya yatırmağa hazırdır (ÖZƏL)

Trend-i buradan izləyin

Bakı. Ənvər Məmmədov - Trend:

Beynəlxalq Maliyyə Korporasiyası (İFC) Azərbaycanın müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində rəqabətqabiliyyətli müəssisələrə investisiya yatırmağa hazırdır.

Trend-in məlumatına görə, bu barədə qurumun regional direktoru Yan van Bilsen deyib.

Regional direktorun sözlərinə görə, rəqabətqabiliyyətli qeyri-neft iqtisadiyyatının yaradılması ölkədə gələcək iqtisadi artım və iş yerlərinin açılması üçün vacib amildir:

"Bu, yalnız özəl sektorun potensialından istifadə edərək əldə edilə bilər ki, bu da iqtisadiyyatda investisiya qoyuluşunu, məhsuldarlığı və davamlılığı artıracaq. Biz müxtəlif istehsal sahələrində, o cümlədən ixracyönümlü sənaye sahələrində şəffaf və yaxşı idarə olunan rəqabətqabiliyyətli müəssisələrə investisiyalar üçün açığıq. İFC Azərbaycanda, xüsusilə də enerji və nəqliyyat sektorunda investisiya layihələrində iştirak etməyə hazırdır".

Yan van Bilsen bildirib ki, korporasiya eyni zamanda hökumətin infrastrukturun təkmilləşdirilməsinə göstərdiyi diqqəti alqışlayır.

Qeyd edək ki, Azərbaycan 1995-ci ildən Beynəlxalq Maliyyə Korporasiyasının üzvüdür. İndiyə qədər İFC Azərbaycanda maliyyə xidmətləri, infrastruktur və istehsal sahələrini əhatə edən layihələrə 473 milyon dollar ayırıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti