Bakı. Trend:
Venesuela bu gündən etibarən özünün "El Petro" adlı kriptovaıyutasının satışına başlayır.
Trend-in məlumatına görə, hələ yanvar ayının əvvəlində ölkənin başçısı Nikolas Maduro ölkədə 100 milyon ədəd rəqəmsal valyuta buraxılacağını, onların 82,4 milyonu investorlar üçün birinci etapda açıq olacağını bildirmişdi.
Qeyd edək ki, "El Petro"nun qiyməti bir barel Venesuela neftinin qiymətinə bərabər olacaq: təxminən 60 dollar.